')

Bu gün:


FutbolPress.Az | "Valletta": ilbəil, adbaad (Qurbanovun desertinə)

"Valletta": ilbəil, adbaad (Qurbanovun desertinə)


oxunma sayı: 403 Paylaş:

FutbolPressBaşa çatan Premyer Liqa mövsümünün qalibi, Azərbaycanı ÇL-də təmsil eləyəcək "Qarabağ" bu gün yarışdakı ilk matçına çıxacaq.  Ağdam klubunun rəqibi yerli Malta "Valletta"sıdı. "Cəngavərlər adası"nın ən adlı-sanlı klubuyla matç Bakı vaxtıyla 21:30-da başlayacaq.

Matçdan əvvəl Qurban Qurbanovun, belə demək mümkündüsə, qorxaq tonda açıqlamalarından sonra "Valetta" haqda məlumatlar toplamağa çalışdıq; bu komandadan qorxmağa həqiqətən dəyər ya yox

"Rəqibimiz ötən mövsümün sonundan etibarən heyətində xeyli dəyişikliklər edib. Komandaya yaxşı oyunçular cəlb edilib, yerli və gənc məşqçi vəzifəyə gətirilib. Klubun prezidenti özü açıqlama verib ki, daha yaxşı komanda təşkil etmək istəyir. Gördüyü işlər, etdikləri transferlər də bu istəyi əks etdirir. Yeni gələn oyunçular Malta milli komandasından, Avstraliyadan, Portuqaliyadan, Yunanıstan liqasından transfer olunan futbolçulardır. Hər biri keyfiyyətli oyunçulardı", Qurbanov deyib (mənbə: qol.az).

Əvvəlcə heyətə nəzər salaq. Daha doğrusu, heyətdəki legionerlərə (yerlilər demək olar ki, hamılıqla yığmada oynayır). Heyətdə ÇL-in iştirak ərizəsinə adı salınan 5 xarici oyunçu var - Nigeriya əsilli İngiltərəli Lətif Elford Alliyu, qambiyalı Həmzə Barri, tunisli Əbdülkərim Nəfti, brazilyalı Denni, avstraliyalı Adrian Zahra. Birinci və sonuncu "Ağ savaşçılar"ın heyətinə bu il qoşulublar. Denni 4 ildi ki, oyunqurucu kimi Malta klubunun uğurlarıyçun tər tökür. Barri və Nəftiysə heyətə ötən il  cəlb olunub. Bu iki futbolçu ölkə yığmalarında da oynayıb. Barri 2012-dən bu yana Qambiyayla 7 oyuna çıxıb. Nəftiysə uzaq 2006-07-ci illərdə 9 dəfə Tunis millisiylə meydana ayaq basıb. Alliyu isə (22) İngiltərənin U 17 kollektivində oynayıb. Heyətlə bağlı vəziyyət, bu mənada, Qurbanovun "qorxduğu" qədər təhlükəli deyil.

"Ötən il Avropa Liqasında yaxşı təcrübə qazanmış bir komandadır. Kimlərsə fikirləşə bilər ki, "Valletta" bizim üçün asan rəqibdir. Lakin düşünürəm ki, bu səhv fikirdir. Çünki, rəqibimizin çox təcrübəli, nəticəyə oynaya biləcək futbolçuları çoxdur. Xüsusi ilə orta xətti vurğulamaq istəyirəm. Ayrıca, baş məşqçilərinin də yeni olmasını nəzərə alıb, ilk dəqiqələrdən rəqibin oyun üslubunu müəyyən etməyə və qapımızı toxunulmaz saxlamağa çalışacağıq. Həmçinin oyuna nəzarəti də ələ almalıyıq", baş məşqçi əlavə eləyib" (mənbə: qol.az).

Aşağıdakı cədvəldə "Valetta"nın avrokuboklarda göstərdiyi bütün nəticələr əhatə olunub. Son bir neçə ildə müsbətə doğru dəyişiklik var - bunu danmaq olmaz; ancaq bunların heç birini "Qarabağ"ın analoji göstəriciləriylə müqayisə eləmək olmaz. Əgər ada təmsilçisi zəif San Marino, Andorra klublarını yarışdan kənarlaşdırmaqla mərhələ adlayıbsa, Qurbanovun drujinası nisbətən güclü ölkə - Norveç, Polşa, İsveç təmsilçilərinə acı aqibət yaşadıb.

Bundan əlavə, son illərdəki qələbələr seriyası ağdamlılara bir ilki gerçəkləşdirməkçün böyük şans yaradıb: avrokuboklar aktivində 16 qələbə və 17 məğlubiyyət olan Azərbaycan çempionu (42 oyun) qarşıdakı iki matçda qələbə qazanmaqla saldonu müsbətə çevirə bilər. 

"Cədvələ Keçid" 

"FutbolPress"


oxunma sayı: 403 | Paylaş:




?>