Sneyder "Qalatasaray"dan gedə bilər (AÇIQLAMA)
Paylaş:
Dünya Çempionatında “bürünc” qazanan Hollandiyanın ən lazımlı oyunçularından Sneyder “Qalatasaray”dan gedə biləcəyini açıqlayıb: “Fiziki formam və gərgin məşçlərə həvəsim ən yaxşı durumdadı. Əgər “Qalatasaray”dan məşhur klubdan təklif gələrsə, gedə bilərəm”.
Ötən il İstanbul klubuna transfer olunan “zambaqçı” onu da əlavə edib ki, məsələ maliyyədə deyil: “Qalatasaray”da hərtərəfli təmin olunmuşam. Ailəm də İstanbulda yaşamaqdan məmnundu. Mən sadəcə, daha məşhur kluba keçə bilərəm. Yəni məsələ maliyyədə yox, daha başqa sınaqlarda özümü sınamaqdı”.
Sneyderin “Cim bom”la müqaviləsi qarşıdakı mövsümün sonunda başa çatacaq.
Bildirək ki, İngiltərə mətbuatı "Mançester Yunayted"in Sneyder üçün 16 milyon avro verməyə hazır olduğunu hələ bir müddət əvvəl yazmışdı. "Sportflakes" bildirir ki, Lui van Qal da Sneyderin M.Y. üçün lazımlı olduğunu düşünür və bu barədə menecerlərə bildirib.
| Paylaş: