')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran" güclənir

"Xəzər Lənkəran" güclənir


oxunma sayı: 423 Paylaş:

FutbolPressYeni mövsümə hazırlıqlarını davam etdirən  "Xəzər Lənkəran" heyətini Əfran İsmayılov və Rauf Əliyevlə zənginləşdirmişdi. Talış təmsilçisinin qapıçı axtarışları da müsbət yekunlaşıb. Millinin qolkiperlərindən olan Anar Nəzirov bundan sonra "Gəmiçi"lərdə qapı qoruması üçün ciddi əngəl qalmayıb. 

Nəzirov qol.Az-a açıqlamasında bildirib ki, "Qəbələ" ilə altı aylıq müqaviləsi olduğu üçün transfer məsələsi ləngiyir. Yəni "Qəbələ" Nəzirovun keçidinə icazə versə, o, yeni mövsümdən "Xəzər Lənkəran"ın şərəfini qoruyacaq.

Anar 2010/2011 və 2012/2013 mövsümünü “Qəbələ”də keçirib. O, ötən  mövsümün ilk yarısında "Sumqayıt"ın qapısını qoruyub, bu ilin yanvar ayında isə yenidən "Qəbələ"yə qayıdıb.


oxunma sayı: 423 | Paylaş:




?>