Möhtəşəm qol "Qarabağ"a qələbə qazandırdı
Paylaş:
Dünən "Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsində Maltanın "Valletta" klubuyla qarşılaşıb. Təmsilçimiz səfərdən qələbəylə dönüb. 17-ci dəqiqədə Çumbinyonun vurduğu qol həlledici olub. Cavab matçı iyulun 22-də Bakıda keçiriləcək.
***
“Qarabağ”ın Çempionlar Liqasında debütü bu gün reallaşacaq. Azərbaycan çempionu Bakı vaxtı ilə 21:30-da Malta “Valetta”sıyla ilk matça çıxacaq.
Cütün qalibi isə bir həftə sonra “Tofiq Bəhramov”da keçiriləcək cavab qarşılaşmasından sonra bilinəcək. Bildirək ki, axşamki qarşılaşma "İdman Azərbaycan"dan birbaşa yayımlanacaq.
15 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
"Valletta" (Malta) - "Qarabağ" (Azərbaycan) 0:1 (Çumbinyo 18')
Baş hakim: Adrien Jakkottet (İsveçrə)
Stadion: “Ta Qali"
| Paylaş: