')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"dən böyük jest

"Qəbələ"dən böyük jest


oxunma sayı: 504 Paylaş:

FutbolPressHazırda III Qəbələ Kubokunun bürünc medalları uğrunda "Qəbələ" və "Rapid" qarşılaşır. Start fitindən sonra topa ilk toxunan "Qırmızı-qaralar"ın U-13 heyətinin üzvü Ümid Məmmədov olub. Məmmədov topa toxunduqdan sonra meydançanı tərk eləyib. 

Stadiondakı əməkdaşımız xəbər verir ki, Ümid Məmmədov yaxın müddətə qədər qan xəstəliyindən əziyyət çəkib. Klub rəhbərliyi bütün xərcləri öz üzərinə götürərək gənc futbolçunu Belorusiyaya, müalicə olunmağa göndərib. Müalicə kursunu başa vuran Məmmədov bir neçə gün öncə vətənə qayıdıb.

"Qəbələ" rəhbərliyi start toxunuşunu gənc futbolçuya həvalə eləyərək ona növbəti jestini eləyib. 



oxunma sayı: 504 | Paylaş:




?>