')

Bu gün:


FutbolPress.Az | Yuri Syomin qalsın, qalmasın...  

Yuri Syomin qalsın, qalmasın... 


oxunma sayı: 810 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
Bu mövsüm “Qəbələ” yarandığından bu yana ən yaxşı nəticəni qazandı. Bu, Yuri Syominin naz atmasına səbəb olmadı ki görəsən..?

Kubokun finalına çıxan komandaya oyunqabağı nifrin atmaq kimi çıxmasın, məqamı gəldi, qeyd eləməyi lazım bildik;  niyə dəqiqləşdirmir qalıb-qalmayacağını...

“Qəbələ”nin “bürünc”ə sahiblənib kubokun finalına çıxmasında və Avropa Liqasına vəsiqə qazanmasında Syominin zəhmindən, təcrübəsindən, səriştəsindən savayı mütləqdi ki “Qəbələ” rəhbərliyinin stimullaşdırıcı pul mükafatları da böyük rol oynayıb...

“FutbolPress” klub rəhbərliyindən bir neçə dəfə Syominin “Qəbələ”dəki taleyinə dair sual verəndə onlar qalmasından yana danışıblar. Ancaq hadisələr finişə çatdıqca qocanın davranışları bir  az ürəkaçanlıq eləmir...

Əgər onu doğrudan da Rusiyada istəyirlərsə, çox yaxşı – “Qəbələ”yə gələnə qədər xeyli vaxt idi ki lazımsız idi sanki – indi lazımlıya çevrilib. Ancaq burda işlər tamamlanmayıb, bu da var...

Özü demişdi ki, mən “Qəbələ”yə komanda, material formalaşdırmaqda yardımçı olmağa və nəticəni yaxşılaşdırmağa gəlmişəm.

Əccəb eləmisən/mişdin...

Nəticə yaxşılaşıb, ancaq “Qəbələ”nin material sarıdan əziyyət çəkdiyini görürük. Akademiyadan əsas komandaya inteqrasiya məsələsində heç bir əməliyyat aparılmayıb. Yuri Palıç bunu eləməlidi; biz bunu gözləyirdik...

Ancaq o, həftə səkkiz, şənbə doqquz – Rusiya mediasında “Gedə bilərəm” janrında açıqlamalar verməklə məşğuldu. Təkcə son iki ayda mətbuat konfranslarında ona bu haqda verdiyim suallara naməlum cavablarından da hiss olunur ki, Palıç həm də pulu düşünür.. həm də deyəsən, bir az çox...

OK, Oooohh, Syominsiz..! Ad üstünüzdə, nəticələr belinizdə.. ancaq tanıdıqca...

Bilirsiz, siz “Qəbələ” akademiyasından yeni tərzinlər çıxarmalıydız... Nəticəyə qalsa, ilki gətirsəz də, sizinki uğur deyil, sevimli Palıç.

Yazarın bütün yazıları

oxunma sayı: 810 | Paylaş:





?>