Bu gün:


FutbolPress.Az | Klermon məhləsinin həyəcanı...  

Klermon məhləsinin həyəcanı... 


oxunma sayı: 2973 Paylaş:

FutbolPress
gunaytac@gmail.com
Fransa Liqa-2-də “Klermon Fut”  klubu yeni baş məşqçi gətirib. İş bundadı ki, o,  kadındı. Portuqaliyalı Helena Kosta bundan əvvəl İranın  kadınlardan ibarət yığmasının baş məşqçisi olub.

Qeyd edərək bildirək ki, hadisəylə əlaqədar klubun yerləşdiyi Klermon məhləsinin gəncləri, idmançı,  ştanqist, priçoskalı muskulirovşik qardaşları ayağa qalxıb, Helena bacının düz hərəkət eləmədiyini şey eləyiblər.

Klermonun Fransa milli mentalitetinə ən sadiq məhlələrdən biri olduğunu əsas gətirən Yuxarı Məhəllə Cümə Məscidinin axundu Əbu Əl Jak İbn Monteskyö, “Pas moyen! c'est une honte” (Tərcümə: “Olmaz, ayıbdır”) – deyə fətvasının sonunda buyurmuşdur.

Helena Kostanın kişilərdən ibarət komandaya baş məşqçi təyin olunması həmçinin ölkənin idman mediasında çoxsaylı suallar yaratmışdır. Onlardan biri belə olmuşdur: “Komandada ilk olaraq   hansı oyunçuları bəyəndiz?” – yerdən: iihihi...

Fransa Liqa-2-də oynayan “Lans”ımızın rəhbərliyi isə  bu qeyri-adi təyinata tamam ayrı cür münasibət bəsləmişdir. Belə ki, öz azərbaycanlımız olan, burda “Bakı”nın prezidenti, orda “Lans”ın sponsoru, oyanda da “Atletiko Madrid”ə babalıq qayğısını əsirgəməyən Hafiz Məmmədovun müasir düşüncə-tərzinin oralara da sirayət (nə qəşəng cümlə alınır) etdiyi özünü büruzə verməkdədir. “Lans” camiəsi olaraq klubun rəsmi saytında “Klermon Fut” klubunun rəhbərliyinə xitabən uzaqgörən təyinata görə təbrik məktubu yerləşdirilmiş, məktubun bir nüsxəsi də.. nəsə eləməliydilər, axırı necə oldu, öyrənə bilmədim.

Helena Kostanın  baş məşqçi gətirilməyində klubun prezidenti Klod Mişiyə dərin minnətdarlığın əks olunduğu videokadrlar isə onun mətbuat konfransındandır və bu görüntülər “Klermon Fut”la reklam pulu əməkdaşlığında olan bütün saytlarda müvəffəqiyyətlə yerləşdirilmişdir.

Ölkənin ən reytinqli idman saytı olan  jölöpesimöple.fr  futbol mütəxəssislərindən açıqlamalar alaraq təyinata münasibət öyrənmişdir. Görünən odur ki, Kosta bacı üçün heç də asan olmayacaq. O, bir neçə cəbhədə vuruşmalı olacaq.

Feministlik keçir könlümdən, ancaq Klermonun ta göbəyinə.. göbəyindən yazdığım bu məqalədən hiss elədiyiniz kimi, vəziyyət yaxşı deyildir. Mən Kostanın gününə qalmaq istəmirəm. Yaşasın öz vətənim! 

"Xoruzlar ölkәsi"nin Klermon mәhlәsindәn xüsusi olaraq sizinçün... oralarçün darıxıram, öpürəm, maç-muç, Böyükağa Haciyevi xüsusən...

Yazarın bütün yazıları

oxunma sayı: 2973 | Paylaş: