"Bu intihardı"
Paylaş:
"Yeganə şansımız kubok idi, onu da əldən verdik; bu intihar kimi bir şeydi", Mustafa Denizli kubok yarımfinalının cavab matçından sonra mətbuat konfransında belə deyib. Türk çalışdırıcı 1:1 bitən və rəqib komanda - "Qəbələ"nin final vəsiqəsini təmin etməsiylə nəticələnən qarşılaşmanın gedişatınıysa belə xarakterizə edib: "Onların meydançanın bizә tәrәf olan hissәsinә keçә bilmәdiyi, oyunumuzu diqtә elәdiyimiz mәqamda vurduqları qol var idi, başqa ciddi heç nә..".
"Üstün olduğumuz matçın itirilməsi çox üzücüdü", Denizli əlavə edib.
Heyət seçiminin də riskli olduğunu bildirən XL baş məşqçisi bu oyundakı taktiki düzülüşlərinin eksperimental olduğunu da gizlətməyib.
| Paylaş: