Lənkəranda istefa səsləri
Paylaş:
Ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Qəbələ"ni qəbul eləyən "Xəzər Lənkəran" nəsə fövqəladə bir oyun göstərmədi. Hansı ki, onlara məhz bu lazımıydı.
Mustafa Denizlinin yetirmələri özlərində, hesabda geriyə düşdükləri matçda ancaq bərabərliyi təmin etməyə güc tapa bildilər. Ümumi hesabıysa dəyişmək artıq mümkün deyil. Son dəqiqələri oynanan qarşılaşmada "Qəbələ" iki oyunun nəticəsinə görə 4:1 öndədi.
Lənkəran stadionunu 80-cı dəqiqədən sonra istefa şüarları bürüyüb. Onlar 10-cu ilində mükafat qazana bilməmək bir yana, mükafatçılığın yanından yel olub ötə bilməmiş klubu və idarəçilərini istefaya səsləyirlər. Maraqlı bir cəhətsə azarkeşlərin arabir "Rednik, Rednik" şüarları səsləndirməyidi.
Arif olan anlayar, vaxt həqiqətən çatıb..
| Paylaş: