')

Bu gün:


FutbolPress.Az | Kubok Tarixçəsi - I: "Rəvan" (STATİSTİKA)

Kubok Tarixçəsi - I: "Rəvan" (STATİSTİKA)


oxunma sayı: 264 Paylaş:

FutbolPress“Rəvan”ın ölkə kubokundakı birinci çıxışı 2009-cu ilin sentyabrına təsadüf edir. Ayın 17-də Gəncədə “Kəpəz”lə heç-heçə oynayan “sarı-qırmızılı”lar (1:1)  6 gün sonrakı cavab matçında 0:2 hesabıyla məğlub olmuşdu. Beləliklə birinci cəhd elə ilk mərhələdəcə uğursuz olmuşdu.

Bir il sonra yarışın nizamnaməsində dəyişikliyə gedilmiş, kvalifikasiya və 1/8 final matçları “uduzan çıxdı” prinsipiylə oynanılmağa başlamışdı. Həmin mövsümdə “Şəmkir”i səfərdə məğlub edən  (1:3) “Rəvan” sonrakı (1/8 final) mərhələdə AZAL-a  1:2 hesabıyla uduzmuşdu.

2011/12 mövsümündə Premyer Liqaya yüksəlmiş “sarı-qırmızılı”lar artıq kubok matçlarına 1/8 finaldan qoşulacaqdı. “Bakı”yla əsas və əlavə hissəsi 0:0 bitən oyun və penaltilər seriyasında məğlubiyyət – bir kubok macərası  bələkdəcə boğulurdu.

Sonrakı mövsüm “Rəvan”ın o dövrə qədərki kubok tarixində ən uğurlu çıxış kimi yadda qaldı -  “Neftçala”nı 2:1 məğlub edən paytaxt təmsilçisi ¼ finala yüksəlmiş,  püşksə qarşılarına həmin ilin finalçısı olacaq “Xəzər Lənkəran”ı çıxarmışdı. Evdə 2, səfərdə 4 dəfə meydanın mərkəzinə dəvət olunan “sarı-qırmızılı”lar hər oyunda cəmi bir dəfə fərqlənə bilmişdi.

Və gəlib çatırıq 2013/14-ə.. 1/8 finalda “Qaradağ Lökbatan”ı səfərdə 2:5 məğlub edən “qəhrəmanlarımız”  1/4 finalda “Bakı”ya rəqib olmuşdu. “Zolaqlılar”ın 0:1-lik səfər qələbəsi cavab oyununda “Rəvan”ı çətin duruma salmışdı. Elə “Bakı FK”nın təlim məşq bazasındakı matç da oyunöncəsi proqnozları doğrulayırdı. Lakin 78-ci dəqiqədə Ayaz Mehdiyevin yerinə meydançaya daxil olan Elvin Həsənəliyev 8 dəqiqə sonra fərqlənərək ümumi hesabı bərabərləşdirdi. Oyunda daha sonra heç bir komanda qapılara yol tapa bilmədi və penaltilər seriyasında  “Rəvan” daha dəqiq oynadı.

Komanda Güvenç Kurtarla kubokdakı ən uğurlu çıxışını davam etdirirdi. Yarımfinaldakı rəqibsə “Neftçi”ydi. “Flaqman”ın asan qələbəsini gözləyənlər yanıldılar. Tyaqo Mirasemanın oyunun son saniyəsində vurduğu gözəl qol  41 dəqiqə geridə oynayan “Rəvan”a bərabərlik gətirdi.

Və sabah.. “sarı-qırmızılar” yarımfinalın cavab oyununa çıxacaqlar. Yuxarıdakı abzasda qeyd elədiyimiz qol komandanı ev oyununda daha “əligüclü” edəcək. Yəqin ki, bir çox adam hələ də “Rəvan”ın bu nəticələrini təsadüf sayır – amma futbol gözlənilməzliklərlə dolu oyundu və fakt budu ki, komanda finala çıxmaqçun böyük şans əldə edib.  Hər halda nisbi üstünlük hal-hazırda Kurtarın yetirmələrindədi.

“Rəvan”ın kubok statistikası


  Ümumi Ev Səfər
Oyun 12 6 6
Qələbə 4 1 3
Heç-heçə 3 0 3
Məğlubiyyət 5 4 1
Vurduğu qol 13 4 9
Buraxdığı qol 17 8 9
 

"FutbolPress"


oxunma sayı: 264 | Paylaş:




?>