')

Bu gün:


FutbolPress.Az | Milinko Pantiçin üzə çıxmayan ŞOK açıqlaması

Milinko Pantiçin üzə çıxmayan ŞOK açıqlaması


oxunma sayı: 280 Paylaş:

FutbolPress“Bakı”nın ağır maddi və idarəçilik  məngənəsinə düşdüyü getdikcə aydınlaşır. Klubun maliyyə problemlərinin olduğu haqda yazılanların həqiqət olduğunu baş məşqçi Milinko Pantiç də dolayısıyla açıqlamış oldu.

“İnter”ə öz meydanında biabırçı (0:4) hesabla məğlub olandan sonra mərbuat konfransında Pantiçin klub idarəçiliyindən narazı qaldığını dolayısıyla bildirməsi nədənsə ortaya çıxmayıb.

Pantiç deyib ki, klub daxilində elə problemlər var ki, bunu həll eləmək mənim ixtiyarımda deyil. Problemlər həm mənə, həm komandaya təsir göstərir və uzun zaman davam edirdi. Nəhayət, bu oyunda nəticə və oyun baxımdan hər şey partladı. Bəzi məsələlər var, ancaq onları aşkar demək üçün faktın olmalıdır...

Gördüyümüz kimi, Hafiz Məmmədovun göstərişiylə komandaya gətirilən ispaniyalı mütəxəssis komandanı idarə eləməkdə ixtiyarsız qaldığını etiraf edir.

Bundan başqa, Pantiç mövsüm başlayandan yalnız bir hücumçudan istifadə eləyə bildiyini təəssüflə etiraf edib və bildirib ki, Bolqarıstandan futbolçu gəlməliydi, transfer ona məlum olmayan səbəblərdən alınmayıb...

Bunlar göstərir ki, səbrini qoruyub çatışmazlıqları aşkara çıxarmaq istəməyən məşqçi məcbur qalıb biabırçı məğlubiyyətdən sonra danışmalı olub.

Pantiçin Hafiz Məmmədova birbaşa çıxışı varsa, onda bu problemləri onunla müzakirə edib, hansısa həllə nail olmaq da olardı. Görünür, “Bakı”dakı hal-qəziyə xeyli qəlizdi.

Klub idarəçilərinin mətbuat konfransı, yaxud birifinq halında yaranan suallara cavab verməyi ən uyğun alternativ variantdır.

“FutbolPress”


oxunma sayı: 280 | Paylaş:




?>