"Beşiktaş"lı futbolçu güllələnib
Paylaş:
"Rubin"in icarə əsasında "Beşiktaş"da forma geyən futbolçusu Gökhan Töre dünən dostlarıyla birlikdə getdiyi gecə klubunda güllə yarası alıb.
İstanbul klubunun mətbuat xidmətindən verilən açıqlamada, hadisənin əslində Gökhanla əlaqədar olmadığı, əlisilahlı şəxsin birdən ayağa duraraq ətrafa güllələr saçması nəticəsində 5 nəfərin yaralandığını, onun da bu güllələrin birindən yüngül xəsarət aldığı bildirilir. Hal hazırda futbolçunun vəziyyəti yaxşıdı.
Bundan bir müddət əvvəl klubun digər futbolçusu Sezer Öztürk Almaniyada bir gecə klubunda bıçaqlanmışdı.
| Paylaş: