')

Bu gün:


FutbolPress.Az | PL-də 31-ci tur (İCMAL)

PL-də 31-ci tur (İCMAL)


oxunma sayı: 194 Paylaş:

FutbolPressVurulan qol = qazanılan xal

Premyer Liqanın 31-ci turu dünən keçirildi. Həmişəki kimi 5 oyun, çox vaxt olduğu kimi 14 qol. Orta hesabla hər oyuna 2.8 qol. 4 oyunda xal itkisi olmadı - 1 oyunsa heç-heçə başa çatdı. Qonaqlar mümkün 15 xalın 10-a yiyələndilər. Vurulan 14 topun 10-u da məhz qonaqların aktivinə yazıldı. Ev sahibləriysə 5 oyunda 4 dəfə fərqləndilər və turu 4 xalla başa vurdular. 


Gözlənilməz nəticələr
 
Bir çox mərc kontorlarında bu 5 oyunun favoriti qismində göstərilənlərdən sadəcə "Qəbələ" gözlənilən nəticəni əldə elədi. Digər 8 komandaysa dünənə, yəqin ki, heyrətlə baxır.

Heç kəs bərabər deyil

Turdan əvvəl 4 komanda vardı ki, toplanılan xalların sayına görə başqa bir kollektivlə eyni nəticəni göstərmişdilər. Dünənki nəticələr həm də bunu dəyişdi. Artıq hər yerin bir sahibi var.  

Autsayderin yüksəlişi 

Çempionatın ilk turlarından bu yana sonuncu sıranın sahibi "Sumqayıt"ın 3 oyunluq məğlubiyyətsizlik seriyasını bu turda da davam elətdirdi və seriyanı 4 oyuna çıxardı. Bundan 
əlavə "siam əkizi" "Rəvan"dan da ayrıldı. 

Bu mənada "İnter"i də fərqləndirmək olar. "Bankirlər" artıq ardıcıl 5-ci turdu ki, rəqiblərinə xal vermirlər. 

Lakin "hər şey həmişə davam edə bilməz" -  "Qarabağ" uzun müddətli (11 oyun/son 7 matçda qələbə) məğlubedilməzliyini Zaqatalada itirdi. Xatırlatmaq yerinə düşər ki, Qurban Qurbanovun yetirmələri bundan əvvəl sonuncu dəfə "Xəzər Lənkəran"a məğlub olmuşdu. 

"Qəbələ"ysə uğursuzluq sindromundan çıxa bildi. 8 oyundu ki 3 xala həsrət "qara-qırmızılar"  "Rəvan" üzərində qələbəylə "şeytanın ayağını sındırdı". 

4 yerə yeni sahib

Dünənki oyunlar ümumilikdə 4 komandanın yerini dəyişdi. "Sumqayıt" və "İnter" bir pillə yuxarı, kubokun yarımfinal cütlüyü - "Rəvan" və "İnter"sə bir pillə aşağı düşdü. 


"FutbolPress"


oxunma sayı: 194 | Paylaş:




?>