')

Bu gün:


FutbolPress.Az | 4 gün sonra "Xəzər Lənkəran" azarkeşlərinin apellyasiya məhkəməsidi

4 gün sonra "Xəzər Lənkəran" azarkeşlərinin apellyasiya məhkəməsidi


oxunma sayı: 416 Paylaş:

FutbolPress25 avqust 2013-cü ildə Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında yaranan iğtişaşa görə 7 azarkeş həbs olunmuşdu. Onlardan biri, Zaur Ərəbov “Neftçi” azarkeşi idi. O, 15 fevral 2014-cü ilə təyin olunan, ancaq səbəbi açıqlanmadan ayən 12-də keçirilən yekun məhkəmə iclasında şərti cəzayla buraxılan 2 nəfərdən biridir.

Qalan azarkeşlər – Elman Tağıyev (Eliko kimi tanınan), Rafael Ələkbərov və Elçin Abdullayevə 3 il müddətinə azadlıqdan məhrumetmə hökmü oxunub. 52 yaşı olan Elman İbrahimli və adını dəqiqləşdirə bilmədiyimiz daha bir nəfər isə  şərti cəzayla buraxılıblar.

“FutbolPress”in əldə elədiyi məlumata görə, Tağıyev, Ələkbərov və Abdullayev qərar barədə Şirvan Apellyasiya  Məhkəməsinə  şikayət veriblər və məhkəmə aprelin 24-ü saat 15:00-a təyin olunub.


oxunma sayı: 416 | Paylaş:




?>