')

Bu gün:


FutbolPress.Az | "Neftçi" də İK-nın qərarına  etiraz eləyir

"Neftçi" də İK-nın qərarına  etiraz eləyir


oxunma sayı: 154 Paylaş:

FutbolPress “Neftçi” Azərbaycan kubokunun 1/2 finalında keçirilmiş “Neftçi” - “Rəvan” oyunu ilə bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərarlarla razılaşmır.

İK oyun başa çatandan sonra dəhlizdə kənar şəxslər olduğu və bu ərazidə təhlükəsizlik təmin olunmadığı üçün “Neftçi”ni 5000 manat məbləğində cərimələyib. Klub isə rəsmi saytından bu qərara qəti şəkildə etiraz edib: "Azərbaycan Premyer Liqasında keçirilmiş “Neftçi”nin oyunlarında və digər çempionat matçlarında komandaların nümayəndələri, məşqçiləri və xüsusən də əcnəbi futbolçuları tərəfindən dəfələrlə qeyri-etik davranışlar edilmiş və bu hallar mətbuatda və ictimaiyyətdə geniş şəkildə müzakirə edilərək sübuta yetirilsə də, İntizam Komitəsi tərəfindən diqqətə alınmamışdır. Bu bir daha onu göstərir ki, İntizam Komitəsinin qərarları obyektivliyi əks etdirmir. “Neftçi” olaraq bu kimi hallara etiraz edirik və İntizam Komitəsinin bu kimi qeyri-obyektiv qərarları ilə qəti şəkildə razılaşmırıq".


oxunma sayı: 154 | Paylaş:




?>