')

Bu gün:


FutbolPress.Az | “Qəbələ”nin ziyankarı... (QEYD)

“Qəbələ”nin ziyankarı... (QEYD)


oxunma sayı: 215 Paylaş:

FutbolPressElnur Allahverdiyev guya çılğın futbolçudu və tez-tez rəqibə qarşı kobud  oynamaq onun üslubudu.

Bəs Elnur bunu millinin məşqləri və oyunlarında nə əcəb eləmir? Kobudluqla sərtliyin sərhədləri pozulanda belə bir ziyankar meydana çıxır...

Bu futbolçunun kələkbaz obrazı haqda çoxdan müxtəlif çeşidli arqumental məlumatlar, məqalələr yazılıb.

Hələ “Qarabağ”da özünü apara bilməməyinə görə qovulmaq həddinə çatması, “Xəzər Lənkəran”da baş məşqçi Mirça  Rednikə qarşı rəhbərlik hoqqalarının dəstəkçi və əsas hərəkətverici qüvvələrindən biri kimi görünməsi, indi də “Qəbələ”də...

XL ilə kubok matçında tribunadan baş hakim Rəhim Həsənovu təhqir eləyib və AFFA İntizam Komitəsi ona 5 oyun, kluba 10 min manat cərimə kəsib.

Kubok matçına görə verilən 5 oyun cəzasının  Premyer Liqaya şamil edilməsi isə ayrı mövzunun hoqqasıdı və ən yaxşı halda gülüş doğuran texniki səhvə oxşayır. Məsələylə bağlı “Qəbələ” komitəyə apellyasiya şikayəti verib, bu heç.

Elnur isə gah “qırmızı”larıyla, gah da bu cür əndirabadi, lazımsız əsəb pozulmalarıyla nizamı pozmaqda davam edir.

Cinah müdafiəsi mövqeyinə futbolçu qıtlığı anlaşılandı və Elnur bu mövqedə lazımlılardan sayılır. Ancaq  lazımsız və mənasız kobudluqlarla faydalılığın heçə endirilməsinin peşəkarlığa yaxından-uzaqdan dəxli olmadığı da gün kimi aydın məsələdir.

Komanda oyununda uğuru gətirən komponentlərdən ən üstünü intizamdır – bu ki aksiomadır...

Ziya



oxunma sayı: 215 | Paylaş:




?>