')

Bu gün:


FutbolPress.Az | Türkiyə Superliqası: 30-cu tur

Türkiyə Superliqası: 30-cu tur


oxunma sayı: 255 Paylaş:

FutbolPress19.04.2014

Türkiyə Superliqasının 30-cu turuna bu gün start verilir. Açılış matçında aşağı dəstəyə yuvarlanmamaq üçün çırpınan "Kayseri Erciyesspor"la, avrokuboklar uğrunda mübarizə aparan "Trabzonspor" qarşılaşacaq. Oyun bakı vaxtıyla saat 22:00 başlayacaq. 

*******

20.04.2014

"4-cü böyük" Trabzonspor turun açılış matçında autsayder "Kayseri Erciyesspor"u səfərdə darmadağın elədi. Qaradəniz təmsilçisinin üstünlüyündə keçən saatyarımın açılışını Paulo Enrike elədi (5'). Yusuf Erdoğanın dublu (28', 39') fərqi 3-ə çıxardı və birinci hissə bu hesabla bitdi. Digər qollarıysa Olcan Adın (62') və Soner Aydoğdu (90') vurdu. 

Böyükhesablı qələbəylə "Qaradəniz fırtınası"nın xal ehtiyatını 46-a çıxardı. 5-ci "Sivasspor"dan onları cəmi 3 xal (və bir oyun) ayırır. "Sarı-qırmızılılar"sa yerində saydı- 30 xal, 16-cı yer. Kubokun məğlub yarımfinalçısı "Antalyaspor" (28 xal) bu tur 3 xal  qazanacağı təqdirdə onları ötəcək.

"K. Erciyesspor" - "Trabzonspor" 0:5

Turun digər 4 oyunu bu gün keçiriləcək.


15:30  "Gaziantepspor" -  "Gençlerbirliği"
18:00  "Akhisar Belediye Genclik ve Spor"- "Kayserispor"
21:00  "Bursaspor"  - "Elazığspor"
21:00  "Galatasaray" - "Kasımpaşa"
 



****

20.04.2014

Dünən Superliqada daha 4 oyun keçirildi. 2-ci pillədəki "Beşiktaş"ın lider "Fenerbahçe"ylə oynayacağını nəzərə alan "Galatasaray" "Kasımpaşa"yla matçda hökmən 3 xal qazanmalıydı - ancaq necə deyərlər, Mançini saydığını saysın, gör Arveladze nə çaldı.. "Kasımpaşa" "Cim-bom"a "Türk Telekom Arena"da illərcə unuda bilməyəcəyi məğlubiyyət daddırdı. 6-cı dəqiqədə Hakan Baltanın cərimə meydançasındakı qayda pozuntusuna görə qırmızı kart almağı, təyin olunan penalti, penaltinin qola çevrilməyi, "Galatasaray"ın mərkəz yarımmüdəfiəçisinin müdəfiəyə çəkilməyi, meydançanın ortasında və müdafiə cinahlarında üstünlyün itirilməyi - çox səbəb yazmaq olar. Nəticəysə dəyişmir. "Galatasaray" - "Kasımpaşa" 0:4.

"Gaziantepspor" -  "Gençlerbirliği" 0:1
"Akhisar Belediye Genclik ve Spor"- "Kayserispor" 2:2
"Bursaspor"  - "Elazığspor" 1:0


Bu gün daha iki oyun oynanılacaq. Bakı vaxtıyla saat 15:30-da "Rizespor" - "Konyaspor"u qəbul edəcək. Axşam saat 21:30-aysa turun mərkəzi qarşılaşması, "Beşiktaş" - "Fenerbahçe" derbisi var. Derbini "FutbolPress"lə canlı izləyə bilərsiniz. 

****

21.04.2014

Superliqada dünən daha iki qarşılaşma baş tutdu. Günün ilk matçında "Rizespor" "Konyaspor"u qonaq elədi. İki "yaşıl"ın görüşündə 3 xal qaradənizlilərin oldu 3:1 

Turun mərkəzi qarşılaşması da dünən baş tutdu - "Beşiktaş" "Fenerbahçe"ni qəbul elədi. 24-cü dəqiqədə Musa Sov hesabı açdı. 20 dəqiqə sonraysa Ramon Motta hesabı bərabərləşdirdi. İlk hissə bu hesabla başa çatdı. İkinci hissədə hücumlarını intensivləşdirən ev sahiblərinin "vuran ayaqsız"lığı hesabın dəyişməsinə mane olurdu ki, bu dəqiqələrdə bərabərlik qolunun müəllifi Mottanın oyundan qovulması "qartallar"ı tədricən arxaya çəkilməyə məcbur elədi. 90-cı dəqiqədə brazilyalının mövqeyində oynamaqçun meydançaya daxil olan İsmail Köybaşının da qırmızı kart alması "sol yoxdu" klişesini bir neçə dəqiqəlik gündəmə gətirdi. Beləliklə "Fenerbahçe" çempionluğunu rəsmiləşdird.. - bundan sonra Ersun Yanalın yetirmələri bütün oyunları uduzsa, "ağ-qaralar"sa  udsa belə birincilər ikincilərdən +16 top fərqiylə öndədi; bu fərqin 0-a qədər düşməməsi "sarı bülbüllər"ə Superliqa çempionluğu gətirəcək. 

30-cu turun daha iki oyunu bu gün baş tutacaq. Bakı vaxtıyla saat 22:00-da "Karabükspor"  "Eskişehirspor"u, "Antalyaspor"sa "Sivassspor"u qəbul edəcək. 

***

22.04.2014

"Karabükspor" - "Eskişehirspor" 0:0
"Antalyaspor" - "Sivasspor" 1:2


oxunma sayı: 255 | Paylaş:




?>