')

Bu gün:


FutbolPress.Az | Reynaldo millidə oynayacaq?

Reynaldo millidə oynayacaq?


oxunma sayı: 231 Paylaş:

FutbolPressPL-nin fevral və mart aylarının ən yaxşısı Reynaldo Silva mükafatladırıldıqdan sonra jurnalistlərin suallarını cavablayıb. "Qarabağ" futbolçusu "Azərbaycan millisində oynamaq istənirdinizmi" sualına, "Bu planlarım arasında var. Hələ ki, bu barədə heç bir təklif almamışam. Ancaq belə bir təklif gələrsə, məmnuniyyətlə qəbul edərəm" cavabını verib. 

2 il əvvəl "Qarabağ" sıralarına qoşulan Reynaldonun yığmada oynaması hal-hazırda mümkün deyil. Bunun üçün braziliyalıya Azərbaycan pasportu - yəni Azrəbaycan Respublikasının vətəndaşlığı verilməlidir. Yığmanın seleksionerləri son illərdəki futbolçu siyasətiylə bu qanunu pozsalar da hər halda "qanun-qanundu".  

"Azərbaycan Respublikasının ərazisində son beş il ərzində yaşayan və Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd  təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən,  siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul  edilə bilər."

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu"nun ikinci fəslinin (Azərbaycan respubli̇kası vətəndaşlığının əldə ediilməsi̇ və bərpası)  14-cü maddəsindən çıxarış.  


oxunma sayı: 231 | Paylaş:




?>