60 il əvvəl 14 yaşlı uşaq...
Paylaş:
DÇ-nin startına 57 gün qalmış FIFA öz saytında ən dramatik mundial hekayələrindən birini paylaşıb. 60 il əvvəl planetin ən ali futbol yarışına sonuncu vəsiqəni qazanmaq üçün İspaniya və Türkiyə milliləri 3-cü dəfə üz-üzə gəlirdi. Cəmi iki komandanın yer aldığı 6-cı qrupun ilk matçında ispanlar (4:1), Türkiyədəki qarşılaşmadaysa ev sahibləri (1:0) qalib gəlmişdi. O vaxtlarda ev-səfər qolları nəzərə alınmadığıyçün yığmalar neytral meydançada həlledici oyuna çıxmalıydılar. 17 mart 1954-cü ildə İtaliyada baş tutan bu dueldə komandalar görüşün əsas hissəsini 2:2 başa vurdular. O vaxtki oyun qaydalarına görə püşkə keçilməliydi - yerli sakinlərdən biri gözləri bağlı şəkildə stadionun mərkəzindəki torbadan bir ölkənin adını çıxarmalıydı; torbada qalan komanda DÇ-yə vəsiqə qazanacaqdı. 14 yaşlı romalı Luici Franki Cemma üzərində Türkiyə yazılan kağızı çıxarır və "buğalar" İsveçrədəki mundiala vəsiqə qazanırlar.
| Paylaş: