"Aslan" finalda
Paylaş:
Dünən Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. İstanbuldakı matçda iki qollu bərabərlik əldə edən "Bursaspor" son Superliqa çempionu "Galatasaray"ı öz meydanında qəbul edib. "Timsah"lar Fernandaonun 28 və 33-cü dəqiqələrdə vurduğu qollarla 2:0 önə keçsə də "Cim-bom" oyunda dönüş yarada bilib; 45-ci dəqiqədə Sneyder, 50-ci dəqiqədəysə Selçuk İnan (pen.) fərqlənərək ümumi hesabı bərabərləşdirib. Daha sonra oyunda üstünlüyü bütünlüklə ələ alan qonaqlar, Burak Yılmaz (53', 68') və Melonun (pen. 71') vurduğu qollarla "Ağ-yaşıllar"ı darmadağın ediblər.
İki oyunun nəticəsinə görə İstanbul təmsilçisi kubokun finalına vəsiqə qazanıb.
Növbəti finalçıysa bu gün məlum olacaq. "Antalyaspor" 1:0 hesablı səfər qələbəsinin verdiyi üstünlüklə "Eskişehispor"u qəbul edəcək. Matç Bakı vaxtıyla saat 22:30-da başlayacaq.
| Paylaş: