İK qərarları
Paylaş:
19 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final “Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Xəzər Lənkəran” klubu 1000 manat, “Araz Naxçıvan” klubu 100 manat cərimə olunur (maddə 40).
19 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
19 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
19 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final “Bakı” – “Rəvan” matçının 43-cü dəqiqəsində “Rəvan” klubunun məşqçisi Gündüz Hindal hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4)
23 mart 2014-cü il, 2013/2014 mövsümündə, Premyer Liqanın XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçının 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
22 mart 2014-cü il, 2013/2014 mövsümündə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 35-ci dəqiqəsində “Simurq” klubunun baş məşqçisi Rövşən Babayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur (maddə 42.4).
23 mart 2014-cü il, 2013/2014 mövsümündə, Premyer Liqanın XXVII turunun “Rəvan” – “Neftçi” matçının 71-ci dəqiqəsində “Rəvan” klubunun 40 nömrəli futbolçusu Mişel Patrik Balakoq idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
| Paylaş: