')

Bu gün:


FutbolPress.Az | “Gələn mövsüm iddialı AZAL görə bilərsiz”

“Gələn mövsüm iddialı AZAL görə bilərsiz”


oxunma sayı: 416 Paylaş:

FutbolPressVaqif Sadıqovun baş məşqçi təyinatından bu yana AZAL-da mövsümün əvvəlində yaxşı, davamında uğursuz traektoriya “ənənəsi” əmələ gəlib. Ancaq baş məşqçi “FutbolPress”ə optimist açıqlamalar verdi:

“AZAL-ın çox yaxşı təlim-məşq bazası var, hər şərait mövcuddu ki, uğur qazansın. İyunda müqaviləm bitir, istər mən oldum, istər olmadım, gələn mövsüm iddialı AZAL görə bilərsiz”.

25 tur sonra 26 xalla 8-ci yerdə qərarlaşan “təyyarəçilər”in uğur qazanması üçün ən vacib amili Sadıqov belə izah elədi: “Bu gün ölkə çempionatında gedən proseslər. Oyunlar, vəziyyət göstərir ki, istənilən komandaya qarşı yaxşı səfərbər olub. Qələbə qazanmaq olar. Ancaq bununçün əlində müəyyən imkanlar olmalıdı. Bu gün AZAL çempionatın ən peşəkar komandalarındandı. Problemlər var və mən bu barədə mütəmadi açıqlamalar vermişəm, sizə də məlumdur. Əsas problem heyətlər bağlıdır. Əlində imkanlar iddialara uyğun olmalıdır”.


oxunma sayı: 416 | Paylaş:




?>