')

Bu gün:


FutbolPress.Az | “Qəti arxayınlaşmaq olmaz”

“Qəti arxayınlaşmaq olmaz”


oxunma sayı: 463 Paylaş:

FutbolPress“Qarabağ” turnir cədvəlində ən yaxın izləyicisi olan “Qəbələ”dən 9 xal öndədi. Komandanın çempionluğa xeyli yaxınlaşdığını, hətta təxminən təmin elədiyini bildirənlər çoxdur.

Baş məşqçi  Qurban Qurbanov isə bu fikri yaxın buraxmır: “Qarşıda hələ 11 tur var və bu, 33 xal deməkdi. Qəti arxayınlaşmaq olmaz. Xal üstünlüyü yaxşı haldı, ancaq biz bunu düşünsək, arxayınlıq yarana bilər. Əksinə, məşqlərə daha ciddi yanaşmaq, planları diqqətlə yerinə yetirmək lazımdı. Bura qədər gəlib çatmışıq, ən əsası və ən çətini bundan sonradı”.

Bildirək ki, komanda Azərbaycan kubokunda da mübarizəsini davam elətdirir və sabah 1/4 final mərhələsində “Qəbələ” ilə oynayacaq. Gelaşvili xaric, heyətdə ciddi itkilər yoxdur. Bu gün məşqdən sonra Qəbələyə yola düşəcəklər, oyun isə sabah 14:30-dadır. Cavab qarşılaşması  martın 19-da olacaq.


oxunma sayı: 463 | Paylaş:




?>