')

Bu gün:


FutbolPress.Az | Yerini səhv salmağın nəticəsi...  (QEYD)

Yerini səhv salmağın nəticəsi... (QEYD)


oxunma sayı: 863 Paylaş:

FutbolPressMikayıl Nərimanoğlu dünən toyda sifət mimikalarından dəqiqləşdirə bilmədiyim bir tərzdə dedi ki, sən əgər haqqımda lağlağı məqalə yazıb (Məqalənin linkihttp://futbolpress.az/v2/news-details/34504/) dolana bilirsənsə, sözüm yoxdu, yaz… Başqa bir-iki "atmaca" da oldu (Gah səmimi görsənməyə çalışdı, gah...).

Bildirdi ki, sənə cavab yazmaq istədim, ancaq yazmadım və s. Bildirdim ki, yazmaq istəsəniz, buyurun, məqaləni göndərin elektron poçtumuza, dərc eləyək - qonorarıyla... Hansısa redaksiya alternativ mövqeni, fikri, narazılığı və s. dinləməməyə, dərc eləməyə haqlı sayılmır. Ancaq bu qədər xoflu olmağa gərək yoxdu. 

Bəs xofun mənbəyi nədədi? Müşahidələrim, tanıdığım qədəriylə bilirəm ki, işində və vəzifəsində faydalılığına əmin olmadığı üçün kiçik tənqid və ya şarj belə onu özündən çıxarda bilir. Ancaq bu, o demək deyil ki, bu cür reaksiya bildirsin məqaləyə.
 
Görəsən niyə onun haqqında yazdığım  “lağlağı məqaləylə” pul qazanmalıyam? İfrat ittiham eləməyin səbəbi nədir?

Hər halda müxtəlif bayramlarda klub rəhbərlərindən yardım, "şirniklik", paket (Və s. və s.) alan adam mən deyiləm və ən azı, Mikayıl Nərimanoğlu kiçik araşdırma aparıb AFFA-dan tutmuş, klublara qədər hansı jurnalistə qarşı münasibət nə cür olduğunu öyrənə bilər. Ancaq o, bunu etmədən, dəqiqləşdirmədən qeyri-ciddi söhbətə yol açdı. İzahını isə hələ istəyəcəyik. 

Miko çalışmalıdı ki, Rövnəq Abdullayev, Elxan Məmmədov, Ramin Musayev, Xaqani Məmmədov s. AFFA rəsmiləri haqda tənqidi məqalələrimizi diqqətlə oxuyub, assosiasiyanın nöqsanlarını öyrənsin. Yəni özü boyda olsun, öz işiylə məşğul olsun, nə boyda olduğunu gördüyümüz və bildiyimiz boyda.. yekə görünmək istəyəndə çox səhv buraxır, qarışdırır aləmi.

Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri kimi bir xəbər saytının təmsilçisiylə ünsiyyət qurmaq qabiliyyətini də yoxlatdırmalıdı. Adamın cəsarətli danışması, narazılıq bildirməsi üçün haqlı, diqqətli, ən əsası, "təmiz olması" vacibdi ki, dili tez-tez topuq vurmasın.

Gələn dəfələrdə  ünsiyyət qabiliyyətinə əl gəzdirməsi vacibdir. Kiminlə nə və nə cür danışdığını dəqiq bilməlidi ki,  belə mənasız yazılar da məcburən yaranmasın. 

P.S. 
Oxuculardan üzr istəyirik, bu, şəxsi mövqedi. Ancaq mahiyyət odur ki, bir futbol məmurunun jurnalistin yazısına göstərdiyi ibtidai reaksiya pis mühitin formalaşmasına səbəb ola bilər - olmaz belə... qəti olmaz.  Mikayıl Nərimanoğluna isə heç olmaz... "Miko" xitabı isə bir daha olmayacaq, narazılıq eləyir. 
 
Elçin CƏLİLOV



oxunma sayı: 863 | Paylaş:




?>