')

Bu gün:


FutbolPress.Az | Elnur Allahverdiyev sərt yox, kobud da yox... (?) (QEYD)

Elnur Allahverdiyev sərt yox, kobud da yox... (?) (QEYD)


oxunma sayı: 901 Paylaş:

FutbolPressXXV turun “Qəbələ”- “Neftçi” (1:2) matçında hakimliyə etiraz eləyən azarkeşlərin yaratdığı gərginlik barədə bundan əvvəli yazıda məlumat vermişik. İndi isə ev sahibi komandanın müdafiəçidi Elnur Allahverdiyevin bir davranışını qeyd eləmək istəyirik.

Hakimlər soyunub-geyinmə otağına tərəf gedəndə 50-60 nəfərə qədər olan azarkeş kütləsi onlara tərəf daş atmağa başladı. Çox təhlükəli vəiyyət yaranmışdı. Polis və mühafizəçilərin müdaxiləsi yetərli olmurdu. Xsarət alanlar var idi.

Bu məqamda Elnur Allahverdiyev azarkeşlərə tərəf qışqıraraq dedi: “Atın, düz eləyirsiz, daş atın. Öldürün bə əclafları! Oyunumuzu məhv elədilər, bunlardı günahkar”.

O, hakimləri  işarələyirdi və bu davranışıyla azarkeşləri daha da qızışdırırdı.

Allahverdiyevin xarakteri haqda müzakirələr düşəndə onu sərt adlandırıb, bir az da müdafiəçiyə yaraşan tərz hesab eləyirlər. Ancaq dəfələrlə bu futbolçunun sərt yox, birbaşa kobud, hətta kobuluq sərhədlərini də cıran, özünə hakim kəsilə bilməyən tip olduğunu görmüşük.

Elnur bu hərəkətiylə peşəkar futbolçu, elə peşəkar insan olmadığını sübut elədi.

“FutbolPress”


oxunma sayı: 901 | Paylaş:




?>