')

Bu gün:


FutbolPress.Az | “Qarabağ” həm də niyə çempion olsun... (YAZI)

“Qarabağ” həm də niyə çempion olsun... (YAZI)


oxunma sayı: 1325 Paylaş:

FutbolPressXXV turun ən cəzbeləyən hesabı “Qarabağ” – “Bakı” matçında olub  – 4:0. Qolların ikisini Reynaldo, obiri ikisini isə Çumbinyo ilə Leroy vurublar; transferlərin çox uğurlu olduğunu göstərən məqamdı bu.

Ancaq biz konkret bir incə məsələni qabartmaq istəyirik. “Qarabağ” ötən yay Avropa Liqasında “Pyast”ı  udan ərəfələrdə “Qəbələ” irəliləyiş gətirən Yuri Syominin Rusiya mətbuatındakı müsahibəsini xatırlayaq: “...Qarabağ” tam başqa komandadır. Ümumiyyətlə, Azərbaycan çempionatı kənardakı təsəvvürlər qədər deyil, kifayət qədər gərgindi. Ancaq “Qarabağ” digərlərindən birbaş üstün təsir bağışlayır və onların avroliqadakı oyunlarına baxıb görürəm ki, belə rəqiblə bacarmaq asan olmayacaq...”.

Mövsümün gedişatı götərir ki, “Qarabağ” daimi çempionluq mübarizəsində son 4 ildə heç vaxt olmadığı qədər kompakt və heyət genişliyinə malikdi. Bu avantajı faydaya çevirməyi bacaran Qurban Qurbanov çempionluğa çox yaxındı və s.

Bu yolda ona mane ola biləcək ən real güc “Qəbələ” ola bilərdi.  Fikrimcə, Syomin bu mövsüm psixoloji cəhətdə də uduzub “Qarabağ”a. Bu, nəticələrdə də özünü büruzə verir. İndiyə qədər üç oyunun hamısında “Qarabağ”a məğlubiyyət...

“Neftçi”nin çempion olmağa oxşamadığı mövsümdə məhz “Qarabağ”ın qabarıq önə çıxması həm də bu komandanın yaratdığı psixoloji assosasiya rol oynayır.

Elçin CƏLİLOV


oxunma sayı: 1325 | Paylaş:




?>