')

Bu gün:


FutbolPress.Az | Gün.. dəlik  

Gün.. dəlik 


oxunma sayı: 1068 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
Jurnalistika elə peşədi ki, pulu yazınla, fikrin, ideyanla - əqli məhsulunla qazanmalısan.  Azərbaycanda öz əqli mülkünlə kapitalçı olmaq mümkünsüzdü - sübut eləməyə ehtiyac və vaxt yoxdu.

Kapitalın da yoxdusa, ideyalarını gerçəkləşdirə bilmirsən. İdeyaların gerçəkləşməyəndə isə real imkanların, potensialın məlum olmur ətrafa.

Belədə, kənardan ətrafını, media mühitini izləyib, çoxlu-çoxlu təəssüflənirsən. Hansısa ağaböcək asanlıqla fikirləşdiklərinin "kitayskisini" eləyir. Təəssüflənirsən ki, o ağaböcəkdəki "istedad" səndə olsaydı,  büdcən olardı və o materialın orijinalını hazırlayardın, təqdim edərdin, özün də həzz alardın, izləyənlər də...  

Jurnalistika ən spesifik sahələrdəndi. Medianın özü-özünü maliyyələşdirməsi üçün azad mühit olmalıdı. O  mühit olmadığı üçün istedadlı, peşəkar jurnalist yox, "sistemin cocuqları" çıxır  önə... 

Jurnalistikada olmaq daim öz üzərində işləmək deməkdi. Bu elə peşədi ki, hörmətlə, ciddi yanaşmadınsa, heç layiq deyilsən burda olmağa... 

Arzu edək, bu kiçik peşəkarlığa can atan jurnalistika mühiti tamam boğulmasın...

Ancaq alınmır. Heç bir işıq da görünmür... hardasa közərir bəlkə də. Ancaq hə közərsin, közərən şeydən iş görmək istəyənə nə, o, şair pafosu üçün yaxşıdı... Burdan-bura ideyalar batır, cəhd cırmaqları dırnaqları zədələyib. Mühit  əbləhdi - azadlıq olsa, gücünü, potensialını açarsan, ancaq sistem sənə  azadlıq tanımır... 

Etirafcıl damarım tutmayıb, məncə, bu cür düşünən bir neçə həmkarım da var.

Hələ ki burdayıq, yazırıq, gördüklərimizi çatdırırıq.. Sizin “FutbolPress” davam eləyir.  İnanıram ki, bu saytı özünə qarşı qərəzli hesab edənlər yoxdu.  Əsas odu ki, tənqid obyektimizə heç vaxt zərər vurmaq, dağıtmaq yox, yaratmaq, düzəltmək məqsədiylə yanaşmışıq. Tənqid elə bir sahədi ki, burada hər yazıdan sonra daha da öyrənirsən. Tənqid gözəl şeydi, çalışaq, tənqid eləməyi ömrün sonuna qədər öyrənək. Bu, həmişə öyrəniləsi bir şeydi..

Ancaq belə jurnalistika olmaz, bu cür olmaz, billah, olmaz...

Jurnalistikanı çox alçaldırsız. Qüvvələr nisbəti qeyri-bərabərdisə,  üstünə bu qədər çirkinliklə gəlmək yaraşmır.  Belə kobud rəqiblərlə döyüş də qanqaraldıcı olur. Arada hörmət, ciddiyyət, peşəkar davranış  yoxdusa, "döyüşü" yarımçıq tərk eləmək istəyirsən.. o  ağ dəsmalı verin bura...

Yazarın bütün yazıları

oxunma sayı: 1068 | Paylaş:




?>