')

Bu gün:


FutbolPress.Az | Fəxrimiz Mozambik

Fəxrimiz Mozambik


oxunma sayı: 1275 Paylaş:

FutbolPress
gunaytac@gmail.com
Hərdənbir biz – azərbaycanlılar Mozambikə elə lağ eləyirik, Banqladeşin gülməyi gəlir. Götürək futbolu...

Uğursuzluqları, ən pis nəticələri bu ölkənin adıyla assosasiya edirik. Ən şit zarafatlarımızın da söhbət açdığım bu Afrika ölkəsiylə bağlılığı danılmazdı.

Dünən bütün dünya Eysebionun vəfatı üçün sükut elədi. Müxtəlif qitələrdə, aşağı-yuxarı, ən başqa liqalarda bu futbolçunun ölümünə sayğı duruşu olacaq.

Eysebio Mozambikdə doğulub, dünya futboluna parlayan bir ulduz idi...

19 yaşında “Benfika”ya transferlə vətənini tərk eləmişdi. Tanımayan olar birdən, vikipediasına baxın, bilin adamın nə boyda uğurları və ən əsası, xidmətləri  var.

Burda, rahat yerimizdə oturub “Mozambikdiyeee.. ha ha ha”, “Ala, Mozambik” – kimi şit zarafatlardansa, “Niyə Azərbaycan futbolunun dünya futboluna dəxli olmaması cəhənnəm, heç olmasa yarım Eysebio boyda yetirməsi olmadı” – sualını qarşımıza qoyub utanaq...

İndi ağıllı, mütəfəkkür ədalı, ənənələrdən süzülə-süzülə gəlib günümüzə çatmış mədəniyyət  mühafizəkarı, saqqızı belə ömür boyu  şişirdib partlatmadan, ədəblə çeynəmiş biri çıxıb deyəcək ki, aa, bu  nə deyir, bizim Tofiq Bərhamov kimi...

Hə, lap olsun, Ələkbər Məmmədov kimi “Milan”a 4 qol vuran və heç vaxt Azərbaycan futbolu üçün çimdik boyda xidməti keçməyən çoxsaylı müftəxor veteran yığını... O Bəhramovunuz  II dünya müharibəsindən qalib çıxmış cəbhənin xeyrinə özünü “həlak” eləmişdi, “qızıl fitini” də aldı... Bəhramovunuzun “layiqli davamçıları” da günümüzün FİTnəli reallığı qismindә futbolumuzda iri bir xal kimi gözümüzün önündədi.

Yalnız Banişevskini çıxmaqla – o da heç buralı deyildi.

Mozambiklə zarafat eləmək, lağlağıya qoymaq olmaz.. oradan Eysebio yetişib, dünyaya çıxıb. Bizdənsə ən axırlarda Vəli Qasımov çıxmışdı, elə Eysebionun ikinci vətəni Portuqaliyada xeyli oynadı – o da “dalda problemimiz var” deyə-deyə qalıb. Yoxdu da.. Bu ölkənin futbol adına fəxri yoxdu.

Zarafatsız...

Yazarın bütün yazıları

oxunma sayı: 1275 | Paylaş:




?>