')

Bu gün:


FutbolPress.Az | Arif olmağa dair (YAZI)

Arif olmağa dair (YAZI)


oxunma sayı: 903 Paylaş:

FutbolPressSrağagün bütün idman mediası “Rəvan”ın Şahin Diniyevlər yollarını ayırdığını, yeni məşqçi kimi Güvenç Kurtarın təyin olunduğunu, türkiyəlinin sabah (yanvarın 6-da) Bakıya gəlib rəsmi şəkildə müqaviləyə imza atacağını yazıb.

İndi də “sarı-qırmızılı”lar tərəfdən baxaq – klub saytında verilən xəbər: “"Rəvan”da baş məşqçi dəyişikliyi baş verib. Şahin Diniyev qeyri-qənaətbəxş nəticələr və özündə komandanı irəli aparmaq potensialı görmədiyinə görə istefaya gedib. Öz ərizəsi ilə rəhbərliyə müraciət edən Diniyevin istəyi ikinci cəhddən sonra qəbul edilib. Onunla birgə məşqçilər korpusunda yer alan köməkçiləri – Nazim Əliyev və Xaliq Mərdanov da komandadan rəsmən ayrılıb. Yeni baş məşqçimizin kimliyi yaxın günlərdə açıqlanacaq.”.

Yeni baş məşqçilərinin kimliyi yaxın günlərdə açıqlanacaq. Türk demiş “kar sultan” da eşidib ki, məşqçi Güvenç Kurtar olacaq, özü də təsdiq edib – bunlarsa  “The Mystery Man” oynayırlar. Yeri gəlmişkən, bu, Reymond Makkerinin ən bərbad kinosudu.

 

                                                                                ***               ***             ***

Əvvəlki yazılarımızda klubun məşqçi siyasətini araşdıracağımızı qeyd etmişdik. Vəziyyətin futbola dəxli olmadığını görüb ədəbiyyat, fəlsəfə, psixologiya, tibb kitablarına hücum çəkmişik. Axtarışlarımız yuxusuz gecələr bahasına olsa da davam edir. Və bir nəticə əldə edənə qədər də bu işin başını buraxmayacağıq.

Yuxusuz qalmağın nəticələrindən biri də budu ki, bir müddət sonra hallüsinasiya görməyə başlayırsan. Dünən gecə xəyalmı-gerçəkmi olduğunu ayırd edə bilmədiyim bir anda Sabir gəldi qarşıma dedi ki, “Arif ol” sonra da qeybə çəkildi. O kişi bu boyda yolu boş yerə ölçməz, bunda nəsə bir hikmət var deyibən tələsik “Hop-hop naməni” açdım. Arif, arif, arif deyə-deyə kitabı vərəqləyəndə birdən ağlıma gəldi ki, bu qədər arif-arif deyirəm - ən yaxşısı bunları bir yerə yığım, ürəfa eləyim. Elə ürəfa  sözünü demişdim ki, bu şeir qarşıma çıxdı.  

İnteligentik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi dəmsaz ilə,
Həftədə bir dilbəri tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq
Ay bərəkallah, nə gözəl canlarıq!


oxunma sayı: 903 | Paylaş:




?>