')

Bu gün:


FutbolPress.Az | Güvenç Kurtar kimdi? (DOSYE)

Güvenç Kurtar kimdi? (DOSYE)


oxunma sayı: 693 Paylaş:

FutbolPress1950-ci ildə Türkiyənin Uşak vilayətində doğulan Güvenç Kurtar peşəkar karyerasına 1970-ci ildə “Beşiktaş”da başlayıb. Mövsümboyu oynadığı 15 matçda 3 dəfə fərqlənən sabiq hücumçu sezonun sonunda  “Mersin İdmanyurdu”na keçib. Aralıq dənizi sahilindəki macərası nisbətən uğurlu (24 oyun – 12 qol) alınsa da liqa başa çatan kimi “Bursaspor”a keçib. İki mövsümə 25 dəfə “timsahlar”ın formasını çiyninə keçirən oyunçu rəqib qapıçılarını cəmi 3 dəfə məyus edə bilib. Güvenç Kurtarın Bursadan sonrakı klubu “Altay” olub. Burda əvvəlkilərə nisbətən daha çox -  3 il keçirib. Burdakı 3 ildə nə elədiyi, neçə oyuna çıxıb neçə qol vurduğu məlumat heç öz veb-səhifəsində də yoxdu.

Sonrakı 5 mövsüm isə “Kocaelispor”un heyətində top qovan Kurtar 29 oyunda 8 qol vurub.  Futbolçu karyerasını da məhz bu klubda 1982-də sonlandırıb. Hücumçu ampluasında 12 il və 26 qol.8 il sonra baş məşqçi kimi futbola qayıdış - 23 ilə 15 klub (18 dəfə iş yerini dəyişməklə - red.).

Aralarında uğurlu adlandıra biləcəyimiz 3 mövsüm var. İkisi futbolçu kimi formasını geydiyi son klub “Kocaelispor”la, biriysə “Diyarbakırspor”la bağlıdı. Birinci ikincidən başlayaq: “Yaşıl-qaralar”ı 91/92-də ikinci liqadan birinciyə (indiki adıyla Superliqa – red.) çıxardır. Əsas liqadakı ilk ilindəysə 4-cü yer tutur və UEFA kubokuna vəsiqə qazanır.

“Yaşıl-qırmızı” formalı Diyarbakır klubunun 2000/01-də Superliqaya vəsiqə qazanması da Güvenç Kurtarın adıyla bağlıdı. Məşqçi kimi sonuncu uğuru 12 il əvvələ təsadüf edən çalışdırıcının “Rəvan”macərası nə göstərəcək, buna birlikdə şahid olacağıq.

"FutbolPress"


oxunma sayı: 693 | Paylaş:




?>