Mustafa Denizlini yaxından tanıyaq
Paylaş:
Son günlər adı "Xəzər Lənkəran"la yanaşı hallanan Mustafa Denilzinin cənub təmsilçisinə keçidinin rəsmiləşməsinə az qalıb.
Denizli özü də açıqlamalarında bunu inkar eləmir.
"FutbolPress" çalışdırıcı haqqında maraqlı məlumatları nəzərinizə çatdırır:
Mustafa Denizli Türkiyədə üç böyük klubun hər üçünü çempion eləmiş tək məşqçidi.
Futbolçu kimi İzmirin "Altay" klubunda yetişib və 16 il bu komandanın şərəfini qoruyub.
1983-cü ildə "Qalatasaray"a transfer olunan Denizli burada bir mövsüm keçirir. Çıxdığı 15 matçda 3 dəfə fərqlənən futbolçu zədə səbəbiylə 1984-cü ildə futbolçu karyerasına nöqtə qoyur.
1987-ci ildə "Qalatasaray"a baş məşqçi təyin olunur və ilk mövsümdəcə çempionluq qazanır.
Mustafa Denilzinin növbəti dayanacağı Almaniya 2-ci liqası olur. Azarkeşlərlə də problemlər yaşayan məşqçi 1990-cı ildə "Qalatasaray"a dönür. Avropada müəyyən uğurlar qazansa da, rəhbərliklə dil tapa bilmir və komandadan ayrılır.
Mustafa Dənizlinin "Fənərbağça"ya keçidi 2000-ci ilə təsadüf edir. Mövsüm sonunda "Fənərbağça"nı çempion edən Denizli bunu bacaran ilk türk məşqçi kimi tarixə düşür.
2008-ci ildə o, digər İstanbul nəhəngi "Beşiktaş"a keçdi. Uğursuz startdan sonra toparlanan Denizli komandasına həm çempionluq, həm də kubok qazandıraraq qızıl dubl etdi. Bu, "Beşiktaş"ın 6 ildən sonrakı çempionluğu idi. "Qartal" 19 il idi ki, qızıl dubl edə bilmirdi.
Denizlinin milli karyerası da çox uğurludu. O, 2000-ci ildə Türkiyə seçməsinə baş məşqçi təyin olunur. Avro-2000 seçmə mərhələsində Almaniya ilə eyni qrupda mübarizə aparan türklər ikinci oldular. "Play-off" yarışlarında İrlandiyanı keçən Türkiyə Avropa Çempionatına qatıldı. İtaliya, Belçika və İsveçlə eyni qrupda olan Türkiyə bu dəfə də ikinci oldu. Bu, Türkiyə millisinin o günə qədərki ən yaxşı göstəricisiydi.
| Paylaş: