Bu gün:


FutbolPress.Az | Foqts bu dəfə haqlıdı

Foqts bu dəfə haqlıdı


oxunma sayı: 2505 Paylaş:

FutbolPress
elvincanturan@gmail.com
Dünən Estoniyanın 6 oyunluq qələbə həsrəti Azərbaycanla oyunda sona çatdı. Yoldaşlıq matçı olduğunu nəzərə alıb məğlubiyyətə ötəri baxmaq da olardı. Amma...

İşin "əmma"sı ondan ibarətdi ki, Foqtsun heyətində nəsə çatışmır. Tallində bizimkilər qolu rəqibin inanılmaz səhvindən sonra vurdu. O epizodda fərqlənməmək olmazdı. Rəqibin qolları haqqındasa eyni fikirləri demək olmaz.

Qonaqların heyətinə nəzər salaq:

Qapıçı Sergey Pareyko "Volqa"da (Nijni Novqorod) forma geyir. Karyerası ərzində gedib İtaliyaya qədər çıxa bilib.

Müdafiəçilər Gert Kams və Mikk Reyntamın karyerası  Finlandiyada davam eləyir. Azərbaycanla matçda milli debütünü rəsmiləşdirən Artyom Artyunun isə hələ ki, Estoniyadan kənara çıxmayıb.

Ken Kallaste bizə tanış rəqib - "Nomme Kalyu"nun, (“Xəzər Lənkəran”la 2012-ci ildə Avropa Liqasında rəqib olub) Henrik Oyama isə Polşa "Legiya"sının formasını tərlədir.

Kapitan Konstantin Vasilyev "Amkar"ın şərəfini qoruyur. Dmitri Kruqlov isə bizim azarkeşlərə də yaxşı tanışdı. 2010/11 mövsümünü "İnter"də keçirən futbolçu hazırda karyerasına Estoniyada davam eləyir.

Henri Anyer Şotlandiya "Moteruell"ində, Sergey Zenyov isə Ukrayna "Karpatı"sında forma geyir.

Aleksandr Dmitriyev Estoniyada olsa da karyerası boyu Norveçdə və Rusiyada da top qovub.

Foqts oyundan sonra keçirilən mətbuat konfransında düzgün qeyd elədi. Bəla burasındadı ki, bizimkiləri ölkədən çıxarmaq olmur. Xarici klub, təcrübə, yeni həyat və digər yeniliklərə qapalı olan "ev uşağı"nın inkişafı da evdən kənara çıxmaz.

Dəfələrlə deyilib, yazılıb, altından xətt çəkilib, üstünə çıxılıb, əzilib, suyu içilib, amma xeyri yoxdu.

Kamran Ağayev bir dəfə ciddi-ciddi demişdi ki, o, "Barselona"da forma geyəcək gücdədi  və yaxın vaxtlarda iddialı xarici kluba keçəcək. Kamran sözünün üstündə durub Avropanı lərzəyə salan "Bakı"ya keçdi. Özü də elə biabırçı formada keçdi ki...

Ruslan Abışov hələ də Kazan "Rubin"indədi. Ehtiyatda otursa da, matçlara mütəmadi çıxmasa da onu qınamaq olmaz. Ruslan sindromu qıra bilib. İndi qalır Vaqifləşməmək.

Vaqif demişkən, Cavadovun da bir ara səsi zilə qalxmışdı. Sonradan el oğluna vətən həsrəti güc gəldi. Vaqifi də qınamaq olmaz, "qeylər ölkəsi"ndə oynamaq azərbaycanlı kişiyə yaraşmaz.

Rasim Ramaldanovsa akrobatik səhvləriylə futbolumuza yeni tövhələr verməkdədi. Nə işi var xaricdə?

Rahid Əmirquliyev, Mahir Şükürov, Cavid Hüseynov ölkə xaricində oynaya biləcək potensiala sahib futbolçulardı. Məsələ İngiltərə, İspaniya, İtaliyada top qovmaq deyil ki.

Gedin də, zorla qovası deyilik ki...

Yazarın bütün yazıları

oxunma sayı: 2505 | Paylaş: