')

Bu gün:


FutbolPress.Az | Assorti

Assorti


oxunma sayı: 1018 Paylaş:

FutbolPress
elvincanturan@gmail.com
Gündəm dəm olub. Ciddi sözümdü: ayıq başla oturub bu günə baxanda dəm olmamaq əldə deyil. Futbol ayaqla oynanır, düzdü, amma bizdə əl də önəmli faktordu. Əl əli yuyar, əl də qayıdıb oranı... Hə, bizdə üzlü olmaq lazımdı üzünün yuyulması üçün.

Əvvəlcə dedilər ki, Superkubok matçını Naxçıvana təyin eləyiblər. Çox güman ki, adını da Naxçıvanda futbola marağın artırılması qoyarlar. Əsl məqsədsə hamınıza bəllidi: “Neftçi” və XL azarkeşlərini oyundan uzaq salmaq, mümkün qarşıdurmanı önləmək. Bəs hardadı təhlükəsizliyi təmin eləyəcək gücdə olan ölkə polisi? Mitinqlərdə etiraz ruhu olan insanları döyməklə və kiminsə cibindən tank çıxarmaqla məşğuldu, düzdü?

PFL jurnalistləri oyuna aparacaqdı. Sonra hər saytdan bir nəfər prinsipiylə bilet alındı, heyət formalaşdı. Gedənlərə yaxşı yol, səfərin haqqını vermələri ümidiylə...

Gəlin, əyri oturub düz danışaq. Bu ölkədə TPL-in videotələbatını “FutbolPress” qədər ödəyən ikinci sayt var? Yoxdu, ay kişi. Gedib yenə ənənəvi fotoreportaj, yazı, xəbərlərlə işlərini bitmiş sayıb qayıdacaqlar. PFL özü də 3 il sonra icmalı verəcək. Üzr istəyirəm, icmal yox, matçın qolları. Elçin Cəlilov bu haqda yaxşı yazıb, deyiləcək söz də qoymayıb. Ona görə “səfərinizə ki” - deyib keçək cari məsələlərin “next”inə...

Şimali İrlandiya ilə matçdan sonra Foqts alqışlanıb. Alqışlayanlar sonra qeybə çəkilib, ancaq bir-iki nəfər bunu etiraf eləyib. Bə niyə? Alqışınızın səsi niyə konfransdan kənara çıxmadı? Hansı uğuruna görə alqışınızı Foqtsa ünvanladız? Nə gündəsiz, yoldaşlar...

Rusiyayla oyunöncəsi saytların bəziləri akrobatik yazılarla gündəmə gəldi. Azarkeşlər Aleksandr Səmədovu fitə basmağa çağırıldı, futbolçu haqqında qara piar aparıldı. Belə patriot jurnalistsizsə AFFA-nın seleksiya xidmətinin uğursuzluğundan yazın, Aleksandrın yığmadan imtina səbəblərinə işıq tutun. Amma bir yandan da pulun tutduğu göz hara, işıq hara, nur hara...

Rus şərhçisi 2010-cu il Rusiya - Azərbaycan matçında sizə əsl peşəkarlıq dərsi vermişdi, yoldaşlar. Məlum penalti epizodundakı danışığıyla. İbrət götürməyə ünvan lazım olsa, baxın şimal qonşularımıza.

FPTV TPL-in hər turu üçün 5-6 material hazırlayır. Baxış sayı digər videolardan azı 2 dəfə az, bizə heç bir faydası olmayan videolardı. Gah PFL videoları gecikdirir, gah hansısa texniki problem. Əsəb əsəb üstünə. Bir yandan da fikirləşirsən ki, nəyə lazımdı bu qədər enerjini göyə sovurmaq?

Hansısa sportxiyar.az saytının jurnalistiylə sonradan bir tutulmaq üçün? Sürüşün, qabaqdan qış gəlir, minin bir-birinizə, sürüşün...

Yazarın bütün yazıları

oxunma sayı: 1018 | Paylaş:




?>