')

Bu gün:


FutbolPress.Az | Rövnəq Abdullayev - Hafiz Məmmədov “soyuq müharibəsi” (ARAŞDIRMA)

Rövnəq Abdullayev - Hafiz Məmmədov “soyuq müharibəsi” (ARAŞDIRMA)


oxunma sayı: 2268 Paylaş:

FutbolPressAzərbaycan futbol təsərrüfatı oliqarxların himayəsinə tapşırılıb və müəyyən şəxslərdən başqa hansısa imkanlının klub yaradıb bu meydanda oynatmaq hüququ və ya ixtiyarı yoxdu. Bu, dəfələrlə hiss olunub.

Elə bu  “futbol oliqarxlarının” arasında da ədavət var. Onlardan biri də AFFA prezidenti Rövnəq Abdullayevlə “Bakı”nın prezidenti Hafiz Məmmədov arasındakı “soyuq müharibə”di. Bu araşdırma mətnində sizə haqlı-haqsız tərəfi yox, təfərrüatı çatdırmağa çalışacağıq.

                                    ***        ***        ***

2010-cu ildə Hafiz Məmmədov 1 milyon 400 min dollar məbləğində reklam tabloları gətirir. “Tofiq Bəhramov” stadionunda quraşdırılması nəzərdə tutulan reklam tablolarının ölkəyə girişi 2 ay yubanmalı olur. Gömrükdən buraxılmayan bu mallara görə Hafiz Məmmədov AFFA-ya, konkret qurumun baş katibi Elxan Məmmədova Nazirlər Kabinetinə bununla bağlı məktub yazmağını istəyir. Elxan Məmmədov bunu eləmir. Çünki Hafiz Məmmədovun “Bakı”sı da vaxtında Elxan Məmmədovdan akademiyanın meydançaları tikilən vaxt ot örtüyü almamışdı. Adını dəqiqləşdirə bilmədiyimiz şirkətlərdən biri Elxan Məmmədovundu və o, müxtəlif klublara təbii və süni ot örtüyü təklif edir...

“Bakı” meydançaları üçün ot örtüyünü Elman Tağıyevdən alır (Vaxtilə “Turan AİR” futzal komandasının baş məşqçisi kimi tanınan şəxs).

                                                                       ***        ***        ***

AFFA-da demək olar bütün təqdimat və yazışmaların tək Elxan Məmmədovun ixtiyarında olmasını ötən yazılarımızda bildirmişdik. Baş katib Hafiz Məmmədovun xahiş elədiyi işi görmür. Bir müddət sonra “Hafka” birbaşa Rövnəq Abdullayevə deyir və Nazirlər Kabinetinə lazım olan məktub yazılır. Həmin ərəfədə Abdullayevin baş katiblə ciddi konflikt yaşadığını da araşdırıb, öyrənmişik... “Rova” “Hafka” ilə mübarizə istəmədiyini həmin məqamda büruzə verir, ancaq şərait bunu diqtə edir, yəqin...

Rövnəq Abdullayevlə Hafiz Məmməmdov arasındakı ən ciddi ədavətlərdən biri də bu ilin martında olmuşdu. 8 ay hazırlığı gedən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Dünya Ulduzları və Azərbaycanın məşhur futbolçuları arasındakı yoldaşlıq matçına qarşı “Hafka” başqa layihəylə çıxır.

Rövnəq Abdullayevin niyyətini “vurmaq” üçün hərəkətə keçən Məmmədov cəmi 1 ay ərzində sponsorluq elədiyi Madrid “Atletiko”sunun Azərbaycana gəlişini təşkil edir.

Martın ilk günündə yoldaşlıq matçnı keçirtməyi planlaşdıran Rövnəq Abdullayevi “Hafka” bilərəkdən cəmi 1 gün qabaqlayır ki, rəqibinin tədbiri kölgədə qalsın. Və qismən də olsa, bu, alınır...

                                                                        ***        ***        ***

Aprelin 30-da, Dünya Ulduzlarıyla Azərbaycan Ulduzlarının yoldaşlıq matçından bir gün əvvəl “Bakı”nın məşhur İspan klubuyla “Tofiq Bəhramov”da yoldaşlıq matçı təşkil olunur. Həmin gün həm də Azərbaycan Dövlət Neft Akademiyasında məlum terror aktının ildönümü idi. Bir neçə deputat Hafiz Məmmədovun məhz bu günə tədbir salmasının tənqid edir və s.

Hafiz Məmmədov prinsipə ondan əvvəl qısa zamanda “Atletiko”nun ölkə başçısıyla görüşünü həll edir. Oyundan əvvəl İspaniya klubu prezidentlə görüşdə olanda Rövnəq Abdullayev tədbirə narazı halda gəlir. Çünki o, bilirdi ki, iştirak protokolunda adı yox imiş, sonradan salınıb.

“Mehriban düşmənlər” arasında münasibətlərin gərginliyi Abdullayevin işin çoxluğunu bəhanə gətirərək, görüşdən yarımçıq çıxıb getməyinə səbəb olur.

Həmin gün “4 season” oteldə qonaqlara şam yeməyi verilir. Rövnəq Abdullayev bu tədbirə qatılmır və beləcə “Hafka”ya aqressiyası özünü aydın büruzə verir.

Rövnəq Abdullayev tədbirdə iştirak eləməməyi barədə mətbuata açıqlamasında belə deyir: “Bizim tədbir sabah olacaq”. Və səhəri gün “Bayıl Arena”da Dünya Ulduzlarıyla Azərbaycan Ulduzları arasında matç keçirilir. Rövnəq Abdullayev görüşü stadionda izləyir. Bir gün əvvəlki “Bakı”nın tədbirinə görə bu tədbir beləcə kölgədə qalır.

                                                                        ***        ***        ***

Həmin ərəfələr idi ki, “Bakı” kubokun yarımfinalında “Xəzər Lənkəran”la oynayırdı. Hafiz Məmmədovun “Atletiko”nu Bakıya gətirib Rövnəq Abdullayevin tədbirini kölgədə qoymaq cəhdini bilən baş katib Elxan Məmmədov hərəkətə keçir. Bu ədavətdən istifadə edib, AFFA prezidenti olmağa çalışan baş katib “Bakı”nı uduzdurmağa ən optimal yolla nail olur. Azərbaycanda “oyun çıxarmaq” üzrə məşhur olan və hakimlikdən qovulacağı röya kimi gələn Elçin Məmmədov məhz həmin matçda “vurulur”, “yandırılr”... Elxan Məmmədov Elçin Məmmədova göstəriş verir ki,  “Bakı” finala keçməməlidi və bunu Rövnəq müəllim istəyir...

Bu tapşırıqla təyinat alan hakim tapşırığın öhdəsindən gəlir. Ancaq həngamə ondan sonra qalxır. Hər gün “Bakı”dan AFFA-ya qarşı aqressiya dolu zənglər, hədələr və s. Elçin Məmmədovun bilərəkdən onlara qarşı qərəzli  hakimlik elədiyini iddia eləyən “Bakı” tərəfi onun qovulmasına nail olur. Qeyri-adi məqam isə odu ki, futbol ictimaiyyətində demək olar hamı bu referinin “Bakı”ya yaxınlığından xəbərdar idi...

Rövnəq Abdullayevin, ancaq dolayısıyla Elxan Məmmədovun tapşırığıyla həmin matçda vacib məsələni həll eləməli olan Elçin Məmmədov “Bakı”lıların möhkəm qəzəbinə tuş gəlir və bu gün də o, heç bir izahı, rəsmi açıqlaması olmadan hakimlikdən qeyri-müəyyən müddətdə uzaqlaşdırılıb. Baxmayaraq, açıqlamalarda öz ərizəsiylə getdiyini deyir...

Hafiz Məmmədovla Rövnəq Abdullayev arasındakı soyuq savaş davam edir. Ortada ciddi nifaq var. Hər halda tərəflərin niyə düşülüşdüyünü aydın bildirmək çətindi. Rövnəq Abdullayevin “vurulması” prosesi başlayıb, bu isə dəqiqdi. Elxan  Məmmədovun canfəşanlığı onun AFFA rəhbəri olması niyyətindən xəbər verir. Buyaxınlarda gənclər və idman naziri Azad Rəhimovun, “Azərbaycan futbolunda ciddi dəyişikliklərə ehtiyac var" deməyi də işarədi. Xatırladaq ki, Azad Rəhimov Hafiz Məmmədovla daha yaxındı. Ancaq “Hafka”nın AFFA prezidenti olması istəyi o qədər inandırıcı görünmür...

Elçin CƏLİLOV


oxunma sayı: 2268 | Paylaş:




?>