')

Bu gün:


FutbolPress.Az | ŞOK!  Lənkəranda vəziyyət pik həddə çatıb

ŞOK! Lənkəranda vəziyyət pik həddə çatıb


oxunma sayı: 1995 Paylaş:

FutbolPress“Xəzər Lənkəran” – “Neftçi” matçından (0:0) sonra yaranan gərginlik davam edir. Qonaq komanda, həmçinin “Böyük oyun” izləmək üçün Lənkərana səfər edən jurnalistlər blokadada qalıblar.

Hələlik polis media nümayəndələrinin təhlükəsizliyini nəzərə alaraq, stadionu tərk etmələrinə icazə vermir.

Digər tərəfdən, bir qrup cənublu fanat şəhərdə müxtəlif yolları bağlayıblar. Güc strukturları hazırda asayişin təmin olunması üçün səy göstərirlər.

Qalmaqalda iştirak edən azarkeşlərdən bir neçəsi polis şöbəsinə aparılıb. İnsident zamanı 12 hərbiçinin yaralandığı bildirilir.


oxunma sayı: 1995 | Paylaş:




?>