')

Bu gün:


FutbolPress.Az | Mxitaryan & Vaqif…

Mxitaryan & Vaqif…


oxunma sayı: 3549 Paylaş:

FutbolPress
gunaytac@gmail.com
Henrik Mxitaryan “Liverpul”a getməliydi, xeyir-duası verilib, arxasınca su da səpilmişdi. “Borussiya” (Dortmund) onu daha çox istədi və ona daha çox verdi.

Qonum-qonşuda bu maraqlı hadisə haqda danışanlar var. Çox az danışan var. Qalanları Mxitaryanın kim, “Borussiya”nın nə olduğundan heç xəbəri yoxdu.

Söhbətlərin birinə dükana gedəndə rast gəldim. “Ala, quqlda axtarışa vermişəm, Mxitaryan əslən gedib türkə çıxır”…

Bu ucuz, uğursuz kosmetik əməliyyata oxşayan iddialı söhbətin qulağıma dəyməsi dükandan nə alacağımı unutmaq həddinə çatdırmışdı. Millətin yarısından çoxunun düşüncə istehsalının son həddi bu cür şeylərdi.

Başıma futbolski iş gəldiyinə görə təbii ki, bunu mövzu eləməliydim. Dostlarla (Qadının kişi dostu olmur, pis-pis danışmayın) oyan-buyan söhbətlərdən sonra mövzumun gözü-başı əmələ gəldi və bu köşəni yazdım.

                                                ***      ***      ***

Ermənistan və erməni bir obraz kimi kimdi və ya nədi bizim şüurumuzda?

Azərbaycanlıya icazə versən, erməninin acından öldüyünə, ölkənin xarabaya döndüyünə bütün səmimiyyətiylə inanar. Hələ fikirləşər ki, yayın bu cırhacırında yazıq qonşularımız qarpızla muşğulat eləməyə motal pendir də tapa bilmirlər.

Ermənistan Futbol Federasiyasının xaricdəki erməni lobbisinin dəstəyi-zadı ilə qabağa getdiyini yazanlar da gördük. Siz hardan, hansı sortdan gəlib bu ölkədə doğulduz.. niyə beləsiz?!

Mxitaryanın “Youtube”də müsahibəsinə baxdım. Bu yaraşıqlı oğlan bizim futbolçulardan xeyli cazibəlidi. Danışmaq, fikrini bildirmək qabiliyyəti də bizimkimlərdən yaxşıdı. “Şaxtyor”da postsovet ölkələrinin ən istedadlı futbolçusu kimi tanınıb. Məsələn, o vaxt “Tvente”yə böyük bir şitlik, mənasızlıq törənləriylə yola salınıb, o cür də geri dönən Vaqif Cavadovunuzun Mxitaryandan üstünlüyü nədədi?

Mxitaryana 25 milyon verib, alıblar. O pulları üst-üstə yığsan Vaqifin puldan heykəlini düzəltmək olar.

İndi o lobbi-bobbi kimi gücənmiş və farşı çıxmış fikirləri yazan kiflənmişlər anlamayacaqmı Mxitaryanın bir futbolçu kimi Avropanın ən yaxşı klublarından birinə transfer edilməsi lobbilik, pulluqdusa, onun milyonqat çoxu bizimkilərdə var. Fərq odu ki, bizimkilər heç vaqifkimilərə puldan da heykəl qura bilmirlər…

Vaqifin Hollandiyaya transferini mənasızlıq, Ermənistan futbolundan nümunə götürməyinsə vacib olduğunu mənim doğma “FutbolPress”im sizə hələ 2-3 il əvvəl məsləhət görürdü.

Mxitaryan sizin, dolma bizim...

Yazarın bütün yazıları

oxunma sayı: 3549 | Paylaş:




?>