')

Bu gün:


FutbolPress.Az | "Neftçi"dən Erik Ramos, Julius Vobay və Nikolas Kanales açıqlaması

"Neftçi"dən Erik Ramos, Julius Vobay və Nikolas Kanales açıqlaması


oxunma sayı: 2673 Paylaş:

FutbolPress"Ayın 17-nə kimi vaxtımız var"

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin daha bir əsas futbolçusunu itirdiyi bildirilir. Məlumata görə, Erik Ramos paytaxt təmsilçisi ilə yollarını ayırmalı olub.

Buna səbəb paraqvaylı futbolçunun məxsus olduğu “Rubio” klubunun "ağ-qaralar"dan daha çox pul tələb etməsidi.

Ramos ötən mövsümü “Neftçi”də icarə əsasında keçirib. Azərbaycan çempionu heyətdə saxlamağa çalışsa da, bu yöndə aparılan danışıqlar uğursuz yekunlaşıb.

Daha öncə "Neftçi"nin digər üzvü Julius Vobayın Kipr APOEL-inə keçdiyi, 
Nikolas Kanalesin də digər təklifləri dəyərləndirməkdə olduğu xəbərləri yayılmışdı.

"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə isə "FutbolPress"ə açıqlamasında yayılan məlumatlara belə münasibət bildirdi:

"Hələ ortada dəqiq bir şey yoxdu. Biz danışıqları davam etdiririk. Ayın 17-nə kimi vaxtımız var. Qeyd olunan futbolçuları komandada saxlamaq üçün əlimizdən gələni edirik".


Erik Ramos "Neftçi"nin heyətində 35 oyun keçirib, 1 dəfə rəqib qapılarına yol tapıb.


oxunma sayı: 2673 | Paylaş:




?>