')

Bu gün:


FutbolPress.Az | EKSKLÜZİV! "Araz"ın baş məşqçisi, sponsorları və PL-də birbaşa iştirakı haqda

EKSKLÜZİV! "Araz"ın baş məşqçisi, sponsorları və PL-də birbaşa iştirakı haqda


oxunma sayı: 2553 Paylaş:

FutbolPressNaxçıvanın futbol təsərrüfatında təmsil olunmaması çoxdanın müzakirə mövzusudu. Bu il "Araz"ın bərpa olunacağı və iddialı olacağı haqda gəzən söz-söhbətlər maraqsız deyil. "FutbolPress"in məlumatlı mənbədən bu haqda öyrəndiyi bir neçə informasiyayla tanış olun.

Xəbər verilir ki,"Nurgün Motors"un problemlərinə görə, "Rəvan" Premyer Liqada iştirakdan imtina edə bilər. Bu haqda bir müddət əvvəl klubun vitse-prezidenti Bəhruz Şirəliyevin portalımıza açıqlamasını da xatırlamaq olar.

Əgər belə olarsa, "Araz"ın birbaşa PL-də iştirak eləməsi mümkün ola bilər. Bu prosesin qaydalara zidd olmasını xatırladaraq bildirək ki, məsələ yuxarı səviyyələrdə müzakirə edilib. Ancaq reallaşması və ya əksinə, klubun I Diviziondan başlaması yaxın vaxtlarda məlum olacaq.

Əgər "Rəvan"ı əvəz eləsə, Naxçıvan klubunun ev oyunlarını "Bayıl Arena"da keçirmək söhbəti ortaya atılıb, ancaq səlahiyyətli şəxslər bundan imtina edib. Əsas şərt ev oyunlarının Naxçıvanda keçirilməsidi. Bununçün stadionun rekonstruksiyası davam edir.

"Araz"ın formalaşdırılması prosesi başlayıb. Belədə maraq doğuran məqamlardan biri də komandanın baş məşqçisinin kimliyidi. Mənbə saytımıza bildirdi ki, bu posta bir neçə namizəd var. Onların arasında Nadir Qasımovun, hazırda Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti olan Hafiz Əliyev, işsiz Ağasəlim MircavadovBöyükağa Hacıyevin adı var.

Klubun qurulması üçün ayrılan səlahiyyətlilərin daha çox Hacıyev variantı üzərində dayandığı deyilir. Ayın 28-də ölkə kubokunun final matçından sonra "Neftçi"nin baş məşqçisiylə müqavilə uzadılmasa, onu "Araz"a dəvət edə bilərlər.

Məlumatlardan biri də yaradılmaqda olan klubun sponsorları haqdadı. Xəbər çatdıran mənbənin dediyinə görə, "Araz"a "Kəpəz"ə maliyyə yardımı etməkdən imtina edən Naxçıvan Avtomobil Zavodu (NAZ) və "Red Bull"un sponsorluq edəcəyi indidən məlumdu.


oxunma sayı: 2553 | Paylaş:




?>