')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran"ın yeni baş məşqçisi - Con Benjamin Toşak

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi - Con Benjamin Toşak


oxunma sayı: 1962 Paylaş:

FutbolPress"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Con Benjamin Toşak olacaq. 64 yaşlı britaniyalı mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq. O, martın 15-də yeni komandasının başına keçəcək.

Toşak 1949-cu ildə Uelsin Kardiff şəhərində doğulub. O, peşəkar futbolçu karyerasını 16 yaşında doğma şəhərində başlayıb. Toşak çıxış elədiyi liqada ən cavan oyunçu olaraq bununla rekord müəyyənləşdirib və bu rekord 41 il davam edib.

Con futbolçu karyerası ərzində "Kardiff Siti" (1965-1970), "Liverpul" (1970-1978) və "Svensi Siti" (1978-1984) klublarında oynayıb. O, həmçinin U-23 Uels milli komandasının və Uelsin əsas millisinin uğurları üçün tər töküb.

Toşak zəngin məşqçilik karyerası ilə diqqəti cəlb edir. O, karyerası ərzində 16 klubu, o cümlədən "Real" (Madrid), "Real Sosyedad", "Deportivo" və "Beşiktaş" kimi nüfuzlu klubları çalışdırıb və onlarla bir çox uğurlara imza atıb.

Məsələn, Toşak "Svensi Siti" klubu ilə Uels Kubokunu (1980/81, 1981/82, 1982/83), "Real Sosyedad"la İspaniya kubokunu (1986/87), "Real"la ölkə çempionluğu (1989/90), "Deportivo" ilə Superkuboku (1995), "Beşiktaş"la Türkiyə kubokunu (1997/98) qazanıb.


oxunma sayı: 1962 | Paylaş:




?>