')

Bu gün:


FutbolPress.Az | Rauf Əliyev:  "Bakı" ilə ilkin danışığımız olub, ancaq...

Rauf Əliyev: "Bakı" ilə ilkin danışığımız olub, ancaq...


oxunma sayı: 866 Paylaş:

FutbolPress"Mənim üçün bölgə və ya paytaxt təmsilçisinin fərqi yoxdu"

"Qarabağ"la yollarını ayıran Rauf Əliyevin karyerasını hansı klubda davam etdirəcəyi maraq doğurur. Azərbaycan millisinin də şərəfini qoruyan forvardın adı Premyer Liqanın iddialı kollektivləri ilə hallanır. Son məlumata görə, futbolçu "Bakı" ilə razılığa gəlib.

Bununla bağlı elə Raufun özü ilə əlaqə saxladıq. Əliyev "FutbolPress"ə açıqlamasında belə danışdı: "Bakı" ilə ilkin danışığımız olub, ancaq ortada dəqiq bir şey yoxdu. Yaxın 1-2 gün ərzində yeni komandam müəyyənləşəcək.

"Bakı" ilə yanaşı, "Qəbələ" və başqa iddialı klublardan da təklif almışam. Mənim üçün bölgə və ya paytaxt təmsilçisinin fərqi yoxdu. Hansı komanda ilə razılığa gəlsəm orada da oynayacam".


oxunma sayı: 866 | Paylaş:




?>