')

Bu gün:


FutbolPress.Az | Dopdolu baş məşqçi

Dopdolu baş məşqçi


oxunma sayı: 2664 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

(Qara yumor)

Günlərin bir günü polis, prokuror olmaq arzusuyla böyüyüb idman jurnalisti olan gənc reportyorlardan biri Böyükağa Haciyevdən müsahibə götürməyə gedir. Məlum məsələdi ki, həyəcan və qamburger öz yerində. 

Ekstravaqant Böyükağa Haciyev bu dəfə də fərqlilik, fəlsəfi ifadələrlə üstünlük qazanmaq niyyətiylə ya bismillah, başlayır: "Hamımızın səhvi var, Sadıq müəllimdən başqa".

Bütün suallara belə cavab verən Haciyev fərqliliyin peçatını vurmaq üzrə olduğunu düşünərkən fərqliliyin içində daha bir fərqililik kopayoğlu çıxır. 

Futbol tariximizin ən yaxşı nəticəsini qazanmış qocaman koç fikirləşir ki, müsahibəsini fərqli notda və tonda bitirsin: "Sadıq müəllim sağ olsun, hamıdan başqa"...

Bu müsahibə gənc reportyorun gələcək karyerasında böyük dəyişikliklərə səbəb olacaqdı. Hər şey bax, beləcə fərqli olacaqdı. Azərbaycan futbolundan başqa...

***         ***          ***

Hamıya maraqlıdı ki, Sadıq müəllimə sevgi hardandı belə... Arxeoloqların araşdırmasına görə, bu, heç bir yaltaqlıq instikti daşımayaraq, sırf Avropa Liqasının qrup mərhələsinə hesablanmışr şeydi. Taktikatı.

Hamı "Sağ olsun Sadıq müəllim!" deyəndə məsələn, "Partizan" olsun, "Rubin" olsun, lap bu Milanın "İnter"i olsun, çönüb baxır ki, görsün kimdi bu, nə məsələdi, niyə hamı belə eləyir, "...sağ olsun..." deyir, əlqərəz, baş qarışır.   Yadlarından çıxır ki, hər şey yaddan çıxıb. Və "Neftçi" arada 2 xal toplayıb,  qrupu sıfır xalsız bitirir. 

Nəticədə Böyükağa müəllim Tahir Süleymanova deyir ki, "Sağ olsun Sadıq müəllim". Tahir bəy  yerindəcə onun cavabını verir, 5 də artıq. Bu debatda çəkişib bərkişirlər və ortaya olduqca peşəkar,  "halva, halva" deməklə ağzı şirin olmayan bir "Neftçi" klubu yaranır.

Avropa Liqasının qrup mərhələsi də oturub heyranla bu mənzərəyə tamaşa edir.

Ona görə də "Neftçi"ni tənqid eləmək yox, təqlid eləmək lazımdı, təqlid...

Yazarın bütün yazıları

oxunma sayı: 2664 | Paylaş:




?>