Bu gün:


FutbolPress.Az | Futbolda da yaltaqlıq?

Futbolda da yaltaqlıq?


oxunma sayı: 2569 Paylaş:

FutbolPress
qantural@gmail.com

Axır ki, qələbə qazandıq.
Hər şeyə rəğmən qələbə bizə lazım idi.
Düzdür, qalib gəldiyimiz ölkə dünyada bizə ən doğma ölkə idi.
Lakin bu oyundur, peşəkar bir oyun.
O üç xal bizim heç bir dərdimizə dərman olmayacaqdı, bu məlumdur.
Lakin Türkiyə də bu xalları qazanmaq üçün ciddi bir cəhd göstərmədi.
Oyun bərabər məcrada getdi, Türkiyənin oyundan qopduğu anlar oldu.
Qələbə Foqtsun ayağına yazılsa da vurulan qol kombinasiyasını milli komandamıza Vaqif Sadıqov gətirib.
İstənilən halda yaxşı oynadıq.
Sadəcə, oyunun sonlarında irəlidə bir adam saxlayıb müdafiəyə çəkilmək olmayaydı.
Bu sadəcə olaraq biabırçılıqdır. Türkiyə çox pis oynayırdı. Almaniya ilə oyunu da çox pis oynamışdılar.
Almaniya böyük komandadır, ona uduzmaq heç Braziliya üçün də böyük qəbahət deyil, lakin oyun boyu qapıya bircə dəfə düz-əməlli zərbə endirmədən uduzmaq biabırçılıqdır.
Türkiyə hər iki oyunu da pis oynadı və vəziyyətini ağırlaşdırdı. Türkiyə Futbol Federasiyasının xarici məşqçidə israr etməsini heç cür anlamaq olmur. Belə ki, türk futbolu qazandığı bütün uğurları türk məşqçiləri qazanıb.
"Qalatarasay" UEFA kubokunu qazananda məşqçi Fatih Terim idi. Dünya üçüncülüyünü qazananda məşqçi Şenol Güneş idi, Avropa üçüncülüyü qazananda isə yenə Fatih Terim.
Bütün bunlar türk cəmiyyətini dərindən düşündürməkdə olsun, biz Bakıya qayıdaq.
Azərbaycan yığma komandası özünü ən yaxşı cəhətlərdən göstərdi.
Bu barədə uzun-uzun danışmaq olar, onu idman yazarlarına etibar edək.
Lakin futbolu AzTV-dən seyr edənlər "Facebook"da narahatçılığını bölüşmüşdü.
Futbola qətiyyən marağı olmayan dostlarımdan biri məndən soruşdu: "Bəy, necə olur ki, oyunu udmuşuq, aparıcı eyforiya içində qışqıra-qışqıra yaltaqlıq edir". Mən bu sula cavab verə bilmədim. Çünki yaltaqlığı eyforik vəziyyətdə etmək psixologiya elmi üçün izaholunmaz bir prosesdir.
Mənə elə gəlir ki, eyforik vəziyyətdə yaltaqlıq etmək üçün o şəxs gərək peşəkar yaltaq olsun, başqa cür desəm, həm fikir həm də hissiyyat müstəvisində bu sənətin sirrlərini dəqiq bilsin.
Belə olmasa biz o cür qələbə eyforiyasında yaltaqlıq edən aparıcını başa düşə bilmərik.
Prezidentin isə futbol yaltaqlığından o qədər də xoşu gəlmir.
Bir dəfə Yevlaxda stadionun açılışına qatılan prezident hətta penalti də vurdu.
Qapıçı zəif zərbəni buraxanda prezident dedi ki, məncə sən bu topu tuta bilərdin...
Belə şeyləri də nəzərə almaq gərəkdir...

Yazarın bütün yazıları

oxunma sayı: 2569 | Paylaş: