')

Bu gün:


FutbolPress.Az | Özgələşmiş futbol

Özgələşmiş futbol


oxunma sayı: 931 Paylaş:

FutbolPress
qantural@gmail.com

Qələbələrimiz xırdadır, cılızdır.
Biz qələbəyə həsrətik.
Hələlik ölkəmizdə acaq bir qələbə qeydə alınıb, iqtidarın xalq üzərindəki qələbəsi.
Başqa qələbə yoxdur.
Hərbi büdcənin çoxluğu ilə öyünürük.
Amma bir düşünən yoxdur ki, niyə Qarabağ münaqişəsi həll edilmir və hərbi büdcə adıyla pullar göyə sovrulur.
Hərbi büdcəyə ayrılan pullarla təhsili, səhiyyətini necə inkişaf etdirmək olduğunun fərqindəsinizmi?
Cəmi bir vertolyota verilən pulla bütün dövlət universitetlərini pulsuz etmək olar.
Deyirəm, axı biz qələbəyə susamışıq.
Qələbə isə yoxdur.
Buna görə də xırda qələbələr bizi sevindirir.
Qarabağ yaddan çıxıb, onunla bağlı heç düşünən də yoxdur, eybi yox, biz "Qarabağ" klubunun zəfərinə sevinirik.
"Eurovision"a sevinirik, orda erməniləri qabaqladığımıza sevinirik.
Fərəh olmayan yerdə ən xırda uğurlar belə fərəh doğurur.
Demirəm ki, komandalarımız udanda sevinməyək.
Qətiyyən belə deyil.
Sadəcə, bu qələbələrin xırda qələbələr olduğunu bilib, ona sevinmək lazımdır.
"Qarabağ" Ağdamın komandasıdır, Ağdam da ermənidə.
Biz isə Qarabağın qələbəsinə sevinirik.
Faciə nədir: kiçilməyimiz, cılızlaşmağımız.
Kimsə "Qarabağ"ın qələbəsinə sevinməyə bilər, biz ona "vətən xain"i deyərik.
Lakin bəs Qarabağı verənlərə, Qarabağı ala bilməyənlərə münasibətimiz necədir?
Onlar üçün də "vətən xain"i deyə bilirikmi?
Yox, o böyük şəxs bizim futbolumuzun hamisidir, məhz onun rəhbərliyindən sonra ölkəyə axın-axın medal gəlir...
Bəs Şuşa, Laçın, Ağdam...
Onları sonraya saxlayarıq, o zamana qədər "Qarabağ"ın uğurlarına sevinək.
3 aydır bir şəhidin meyidini ermənilərdən ala bilməyən hökumətin apardığı idman siyasətini alqışlamaq riyakarlığın özü deyilmi?
Buna xalq dilində odu söndürüb, külüylə oynamaq deməzlərmi?
Baxın, futbolun kütləvi nevrozudur bu.
Qarabağı vermiş xalq adı "Qarabağ" olan klubun qələbəsinə sevinir.
Qarabağı tələb etmək isə onun vecinə də deyil.
Buna görə də bizim kimi geridəqalmış və avtoritar ölkələrdə futbol kütləvi şəkildə zehni dumanlandırmaqdan başqa heç bir işə yaramır.
Bizim kimi ölkələrdə futbol ölkəyə yox hökumətə gərəkdir.
Çünki məhz bizim kimi ölkələrdə futbol oyun deyil, daha doğrusu oyundur, amma siyasi oyundur.
Əziz Nesinin yazdığı da bu idi, məqsədi dəyişdirilmiş bir futbolu tənqid etdiyini deyirdi böyük yazıçı.
Türkiyədə bu mənada ibrətamiz bir hadisə olmuşdu.
"Qalatasaray"ın oyununa baxmaq üçün dağdan enən PKK gerillaları jandarmaya tuş gəlmiş və hamısı atışmada ölmüşdü.
...Futbolun verdiyi mesaj "sülh" deyildimi?
Xalqlar dostluğu, silahsız bir dünya deyildimi?
Amma baxın, o "Qalatasaray" PKK üzvləri də azarkeşlik edir, sonra isə terrorçuluqla məşğul olurlar.
Mahiyyəti dəyişdirilmiş futbol, bax, budur.
Buna görə də zahirən adi bir şey kimi görünən futbola diqqət etmək lazımdır.
Çünki "Qarabağ" komandasının uğurlarının əslində Qarabağın unutdurulmasına xidmət etdiyi bir ölkədə yaşayırıq.

Yazarın bütün yazıları

oxunma sayı: 931 | Paylaş:




?>