')

Bu gün:


FutbolPress.Az | AFFA çayxanası - 3

AFFA çayxanası - 3


oxunma sayı: 2841 Paylaş:

FutbolPress
shikhibayramli@gmail.com

Çayxanada hazırlıq işləri gedirdi. Mayklın Elikə istinadən verdiyi xəbərə görə Rova müəllim bura baş çəkməyə gəlir. Ramin yaman həyəcanlandı. Görəsən Rovanın gəlişində məqsəd nə idi? Ramin çayxananın bir hissəsində dönərxana açandan camaatın təzyiqi əskilmirdi. Elik də Raminlə yola getmirdi. Ramin qərara gəldi ki, Rovanın işgüzar səfəri zamanı özünü yaxşı tərəfdən göstərə bilsin, necə deyərlər, performans göstərsin.

 

Çayxana əhlinin gözlədiyi an gəlib çatdı. Rova təşrif buyurdu. Maykl onun altına stul çəkdi. Müdir əyləşib çıxışına başladı.
- Yaxşı saxlamısız. Çalışın bir az da inkişaf elətdirin. Özüm bura gəlməsəm də, diqqətimdən kənarda deyilsiz. Camaat fikirləşir ki, mən Azneftdəki kababxananı daha çox sevirəm, çayxana işindən başım çıxmır. Həmin adamları başa düşmürəm. Necə yəni başım çıxmır? Məndən yaxşı bilən varsa, çıxsın ortaya. Hələlik Elik əlimin altındadı. Gələcəkdə ona təhvil verəcəyəm çayxananı. Ramin də öz işində diqqətli olsun. Mən bura gəlməmişəm ki, danışıb sizi yorum. Maykl, dur dominonu gətir, telefon oynayaq.

 

Maykl dominonu gətirənə qədər Eliklə Raminin arasında mübahisə yarandı. İkisi də Rova ilə "cütləşmək" istəyirdi. Rova dedi ki, yaxşı dalaşmayın, mənlə Maykl olarıq, siz də ikiniz. Ramin dedi ki, mən nə Maykla güvənirəm, nə də Elikə. Onlar mənim torbamı tikmək istəyir. Əslində Ramin fikri başqa idi. Bilirdi ki, qarşı tərəf Rovaya uduzmalıdı. Son nəticədə istəyinə nail oldu. Telefon oyunu Rova-Ramin cütünün Elik-Maykl cütü üzərində amansız qələbəsi ilə yekunlaşdı.

 

Maykl xəbər verdi ki, çayxanaya meyxana deyənlər gələcək. Rova maraqlandı ki, nə bazardı açmısız burda? Birtəhər başa saldılar ki, cavandılar, şərait yaratmışıq, hər axşam qonağımız olurlar. Rova meyxanaçının biri ilə söhbətləşməyə başladı:
- Səni hardasa görmüşəm. Adın nədi sənin?
- Adım Kamrandı. Meyxana ustadıyam.
- Bəs futbolçuydun deyirdilər qabaqlar?
- İş elə gətirdi ki, futbolçuluğuma ara verdim. İndi qafiyə tuturam.
- Ay oğul, meyxana nədi? Gül kimi sənətin vardı.
- Yox, Rova müəllim, təbimi yelə verə bilmərəm.
- Ə, onda bir qafiyə tut görək.

 

Dialoq sülh və əmin-amanlıq şəraitində başa çatdı. Kamran da öz qafiyəsini tutdu:

 

Ay can alan candı çayxanamızda
Rova da başqandı çayxanamızda

Yazarın bütün yazıları

oxunma sayı: 2841 | Paylaş:





?>