')

Bu gün:


FutbolPress.Az | Şübhəsiz-şübhəli "Neftçi"

Şübhəsiz-şübhəli "Neftçi"


oxunma sayı: 3433 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

Bruno Bertuççiyə ona görə kök demişdim ki, o həqiqətən kök idi. Və bunu deyib, üstündə durmamışdım, həm də yazıda qeyd eləmişdim ki, adam sürətlə ət tökəcək. Gördüyümüz kimi, belə də olub.

"Neftçi"də ət tökmək üçün kifayət qədər səbəblər var. 

Əttökmə "mexanizmi"  işə yarayıb və Bruno "Zestafoni" ilə dostluq-qardaşlıq zəmnində keçən 3:0-lıq (...) görüşdə sürətiylə yaxşı görünürdü meydanda.

"Neftçi" birtəhər klubdu. Bunun yaxşısı da işin xeyrinədi, pisi də... Onların da peşəkarlığı belədi yəqin... Öz aramızdı, əttökənlik "mexanizmi" Brunonun sürətini beş dəfə artırıb. Görəsən, başqa nə artıb...

Baxdım, gürcülərlə oyun yaxşı görünürdü. Hər avrokubok mövsümündə qrup mərhələsinə qədər rahat gələn "Zestafoni" durduğu yerdə "Neftçi"dən 3 cavabsız qolu nətər buraxıbsa, tüstüsü hələ çəkilməyib. 

Mənə Tahir əmi Süleymanov müəllimin oyundan sonrakı halını görmək marqlı idi. Heyf, stadiona gələ bilmədim. Külfət yığılmışdı, baxırdıq... 

İkinci qol vurulandan dərhal sonra danışığı Rövnəq Abdullayevin danışığından fərqlənməyən babamın sözü məni bərk əsəbləşdirdi. Kişi dedi ki, gürcülər qəsdən oynamır, "tamaşa" göstərirlər. Mən ona demək istədiyim, ancaq yaxşı eşitmədiyinə görə demədiyim sözü bura yazıram: A kişi, "Neftçi"nin gül kimi qələbəsini niyə gözdən salırsan... 

Əgər kimsə babam kimi fikirləşirsə ki "Neftçi" meydandan kənar da "oynamışdı", onda razı deyiləm. Gürcülər oyunu satan olsaydı, 3:0 niyə uduzurdular, özlərini biabır edərdilərmi...

Edərdilər? 

Demək, burda başqa məntiq var. "Neftçi" "centlmen" razılaşmanı oyun zamanı pozub. Daha çox qol vurmağa çalışıb və bu alınıb - böyükhesablı qələbə. Bu da belə qənaət yaradır ki, "Neftçi" özünə əmin deyil. Burda minimal hesabla qalib gəlsəydi, hətta "centlmen" razılaşmaya baxmayaraq, səfər oyununa qədər hər şeyin həll olunmasını istəyib.

Bax, babamı da şübhələndirən  güclü gürcü futbolçuların buraxdığı 2 və 3-cü qollar idi. Sizi nə şübhələndirir bəs?

P.S. Hörmətli Rövnəq Abdullayev, siz həm də Gürcüstan futboluna SOCARsınız... 

Yazarın bütün yazıları

oxunma sayı: 3433 | Paylaş:




?>