')

Bu gün:


FutbolPress.Az | AFFA çayxanası - 2

AFFA çayxanası - 2


oxunma sayı: 1204 Paylaş:

FutbolPress
shikhibayramli@gmail.com

AFFA çayxanasında vəziyyət gərgin olaraq qalır. Özünü çayxanaya verən problemli və problemsizlər Elikə rahatlıq imkanı yaratmırlar. Mayklla əl-ələ verən Elik camaatı susdurmağa səy göstərir.

Çayxananın qonaqlarının əsas iradı çay dəmləyən Bertinin başqası ilə əvəz olunması ilə bağlıdı. Müştərilər and-aman eləyir ki, Berti dəm işini bacarmır, çayı qaynadır. Alman çay mütəxəssisi hər zaman çıxışlarında bildirirdi ki, Elikin mənə verdiyi xammaldan ancaq beləsi alınar. Yazıq kişi bir yana baxanda düz deyir. Çayı özü ilə gətirməli deyil ki.

Çayxananın daimi qonaqları işin Qurban adlı çayçıya həvalə olunmasını istəyirdilər. Qurbanı axır vaxtlar yaman tərifləyirlər. Deyilənə görə Avropada bir-iki dəfə yaxşı dəm atıb. Elik ayağının altına stul qoyub çıxışa başladı:

- Bəs mən Bertiyə bir ətək pul verib gətirmişəm. Özü də Rova müəllim təşkil eləyib pulu. Bizə gözləmək qalır. Vaxt gələcək Berti elə dəmləyəcək ki, dadı damağınızdan getməyəcək. Elə deyirsiz Qurbanı işə götür. Qurban bacara bilməz mənim çayımla. Guya heç kim bilmir də Qurban ancaq "Final" çayını dəmləyə bilir? Onun AFFA çayxanasında işləməyə yaşı çatmır. Uzağı gətirərəm Bertinin "uçeniki" işləyər. De ki, Nazim. Bertinin əlinin altında yavaş-yavaş bişir.

Keçən dəfə xəbər verdiyim kimi, çayxana yaxın günlərdə 17 yaşlı qızlar arasında domino üzrə çempionat keçirməyə hazırlaşırdı. Bu çempionat Elik üçün sınaq xarakteri daşıyırdı. Rova müəllim ona demişdi ki, çalış Jozepin, Mişelin yanında üzüqara olmayaq. Çayxananın müştəriləri bu çempionata mız qoyurdu. Onların fikri-zikri çayın yaxşı dəmlənməsi idi.

Günlərin bir günü axşam vaxtı Maykl çayxananın televizorunu yandırdı. Elik televizorun pultunu Maykla əmanət etmişdi. O, pultu əlinə götürüb, "1"-i basdı. Dövlət televiziyasından xəbərlər gedirdi. Aha, deyəsən Almaniya haqqında nəsə danışırlar. Berti də ekrana sarı boylandı. Dövlət televiziyasının müxbiri Almaniyanı yıxıb-sürüdü. Berti camaatın yanında qıp-qırmızı oldu. Müştərilər Elikə dedilər ki, daha bəhanə gətirmə, qov getsin bu Bertini. Televizor da deyir ki, Almaniyadan xeyir gəlməz.

Yazarın bütün yazıları

oxunma sayı: 1204 | Paylaş:




?>