')

Bu gün:


FutbolPress.Az | İlk futbol yazım

İlk futbol yazım


oxunma sayı: 1118 Paylaş:

FutbolPress
qantural@gmail.com

5 ildən artıq sürən qəzetçilik karyeramda ilk dəfə bir futbol saytı üçün yazmağın həyəcanı içindəyəm.
Əslində futbol mediası mənə uzaq sayılmamalı idi.
Çünki qəzet oxumağa məhz futbol mətbuatı ilə başlamışdım.
Amma bu lap çoxdan olmuşdu.
Qəzetçiliyə gələndə çoxdan futbol sevdam ölmüşdü.
Son illərdə bu istək yenidən alovlandı.
Bilgisayarda sən bir faylı silə, üstündən də format ata bilərsən.
Lakin bu fayl silinməz.
Onu geri gətirən proqramlar, mexanizmlər var.
İstintaq zamanı müsadirə olunan kompyuterlər də əvvəlcə indi olan fayllara baxılır, sonra o proqramlar işə salınıb əvvəlki fayllar bərpa edilir.
Keçmişimi mən də bərpa edəndə futbol gözümün qabağına ilk gələn görüntülərdir.
Sonralar necə unutdum bunu?
1996-cı ilin Avropa Çempionatının finalı, Birhoffun qızıl qolu, "Qalatarasay"ın UEFA kuboku...
"Qarabağ"ın oyunlarına radioda qulaq asdığım günlər...
Saymaqla bitməz ki.
O sevda yenidən ayaq üstədi..
Amma indi o zamanlardan fərqli olaraq qəzetçiyəm.
Yazmaq mənim peşəmdi artıq.
Buna görə də bundan sonra hər həftə sizinlə futbol haqqında danışacam.
Azərbaycanda futbol mediasının inkişafı mənim gözümün qarşısında olub.
O günlərdə mən də qəzetçi idim.
Azərbaycan futboluna böyük pul axını da mən qəzetçiliyə başlayandan sonra oldu.
İsmət Özəlin dediyi kimi: "Her şey ben yaşarken oldu".
Futbol mediasının oxucu kütləsi futbolun özü ilə birlikdə məni cəzb etməyə başladı.
Buna görə də Elçinin təklifini geri çevirə bilməzdim.
Burda olan böyük oxucu kütləsini görməməzliyə vura bilməzdim.
Bundan sonra hər həftə sizinləyəm.
Futbol siyasətinin arxasında duranlar...
Məşhur futbolçular haqda qeydlər..
Futbolun cəmiyyətdə oynadığı rol..
Azərbaycan futbolunun problemləri..
Qısaca futbol haqda hər şeyi burda birlikdə dartışacağıq.
Gələn yazımı isə Əziz Nesinin "Futbol kralı" romanı haqda yazacağam.
Görün orda böyük yazıçı "Qalatasaray" - "Fənərbağça" düşmənçiliyini necə yazıb.
Yazıq, zəif və cılız bir riyaziyyatçını necə qol kralına çevirib.
Bu roman əsasında film də çəkilib, baş rolu Kemal Sunal oynayır.
Bu bir "xoş gəldin" yazısıydı, gələn həftədən başlayırıq.

Yazarın bütün yazıları

oxunma sayı: 1118 | Paylaş:





?>