')

Bu gün:


FutbolPress.Az | Bruno Bertuççi kökdü?

Bruno Bertuççi kökdü?


oxunma sayı: 2266 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

"Neftçi" qədər məzəli klub elə özüdü. Klubların transfer xəbərlərinin ardı-arası kəsilmir, "Neftçi" haqda çıxan məlumata bax: Mən komandamızçün sürpriz elədim...

Bunu Sadıq Sadıqov deyib. Boluda təlim-toplanışda olan komandasına dəyməyə gedib, ordan verdiyi açıqlama belə olub. Bəs mən başa düşmədim,  klub prezidentinin komandasını ziyarətə getməsində sürpriz nə ola bilər. Nəyi sürprizdi, nədədi sürprizlik şey...

Bu belə olmalıdı da, bütün dünyada belədi, nəyi süprizdi bunun? Yoxsa mən düz başa düşməmişəm, məəəəhz Sadıqovun elədiyi şey sürpriz sayılır, eləmi Tahir Süleymanov əmi?

Süleymanova mikrofon verməyin, başlayacaq ki, "Neftçi" mövcudluğuna görə dahi rəhbər Sadıq müəllimin varlığına borcludu və s. və i.

Təzə xəbər isə odu ki, "ağ-qaralar" yeni transfer edib. Braziliya əsilli italiyalı Bruno Bertuççi müdafiəçidi. Şəkildə onu görənlərdən soruşuram: adamın artıq çəkisinin olduğunu hiss edirsiz? Hiss eləməzsiz, bəs görürsüz?

Betruççi haqqında "google"dən məlumat ala bilərsiz. "Korintians", "Qrashoppers" kimi yaxşı klublarda oynayıb. Tahir əmi redaksiyamızla danışanda bildirib ki, Betruççinin transfer qiyməti ağlasığmaz dərəcədə aşağıdı. Braziliyanın 20 yaşlılardan ibarət yığmasında oynayıb. Sağ olsun, Sadıq müəllim...

Sağ olsun e, əlbəttə, bizim də istəyimiz budu, ancaq futbolçu göz görə-görə kökdü axı. Toppuşdu. Deməli, ucuzluğunda nəsə xəta var da. Yeyib-yatıb, gəlib "Neftçi"yə?

Bir də ki müdafiəçi nədi, "Neftçi"yə hücumçu lazımdı, bunu ki hamı deyir.

Mən bu yazını neqativ aura yaratmaq üçün yazmadım. Xeyirli xəbərlərim də var. İnanıram ki, Bertuççi qarnını tezliklə əridəcək. "Neftçi"dəki və "Neftçi"ətrafı əttökən mənzərələrdən xeyli ət tökəcək. Ancaq müdriklər deyib, hər şeyin artığı zərərdi, məsləhətdi ki, Bertuççi həddindən artıq ət tökməsin. Məsələn, Tahir əmi Süleymanovun söhbətləri və "priçoskası" Bertuççini qısa zamanda dəri-sümüyə döndərə bilər.

Buna görə də "Neftçi" yeni transferlərə, xüsusən, braziliya əsilli bu müdafiəçiyə qarşı həssas yanaşmalıdı. 

Maraq üçün qeyd edim ki, Bertuççi müqavilə imzalayandan sonra belə bir açıqlama verib: "Neftçi"də oynamaqdan qürur duyuram" (Gülmək istəyənlərə sərhəd qoyulmur, gülün, Mübariz Xudiyev yumruqlamaz). Vəssalam, bu artıq əsl "Neftçi"li olduğunu göstərdi. Uğurlar! Gün o gün olsun, Çempionlar Liqasının qrup mərhələsində-zadda oynayasız, Böyükağa Hacıyevin baş məşqçiliyi ilə.. aaaamin!

Yazarın bütün yazıları

oxunma sayı: 2266 | Paylaş:




?>