')

Bu gün:


FutbolPress.Az | Avro-2012 : proqnozlarım

Avro-2012: proqnozlarım


oxunma sayı: 1340 Paylaş:

FutbolPress
shikhibayramli@gmail.com

Avropa çempionatı başladı. Lap əvvəldən deyim ki, İspaniya çempion olan deyil.

Favoritin heyətində "vuran ayaq" yoxdu. Torres olacaq Avropa çempionu? Bu komandanın heç müdafiəçisi də yoxdu ki...

Görürsüzmü, vəziyyətləri qəlizdi. Kasilyas liderdi, amma İspaniya müdafiəyə meyilli oynamır. Yarımmüdafiəçilərin hamısı ustadı. Ancaq heç bir uğur qazana bilməzlər. İspaniyanı digər 15 komandanın hamısı məğlub edə bilər.

Primeroda ən yaxşı müdafiəçi Adel Ramidi. Rami Fransanın son vaxtlar ortaya çıxan ən güclü futbolçusudu. Riberi də əla formadadı. Bəs Nəsriyə nə deyirsiz? Özü də Benzema hücumda oynayacaq. Bu komanda Avropa çempionu olacaq desələr, razılaşmamaq olmur.

Almaniyanın da adını zikr edənlər çoxdu. Gördük də "Bavariya"nı. Axır məqamda təkəri buraxdı. Almaniyaya bel bağlamayın. Bir də gördüz ki, qrupda qalıb. Müller formada olsaydı, deyərdim azı yarımfinaldadılar. Yox, belə heyətlə heç Rusiyanı udmaq olmaz.

Arsen Venger deyir Portuqaliya favoritimdi. Ronaldo meydana ayaq qoyanların içində şübhəsiz ki, ən yaxşısıdı. İspaniya ilə yarımfinala çıxsalar, qonşularının xətrinə dəyəcəklər. Çempion olar, ya olmaz bilmirəm, ancaq Ronaldo turnirə damğasını vuracaq.

Hollandiyanın başına 2010-da xoşbəxtlik quşu qonmuşdu, qovdular getdi. "Narıncilar"ıa bel bağlamayın. Onların yaxşı hücum xətti var, ancaq qəlbimə yol tapa bilmirlər.

İngiltərəni onsuz da yada salan yoxdu. İsveç mərdimazarlıq eləməsə pley-offa da çıxacaqlar. Bəlkə yarımfinala da göründülər. İnanmıram ki, Roy Hocson kimi məşqçi nəsə bacarsın.

İtaliyanın qalib olacağına səmimi qəlbdən inanıram. Dəliqanlı Balotelli və "qoca qurd" Kassano Avropanı mat qoyacaqlar. Buffon Kasilyas kimi liderdi, ancaq italyanların ispanlardan fərqli olaraq Balotellisi var. Pirlo isə ustaddı. Birinci turda İspaniya ilə oyunda qazanılan qələbə çempion olmağın qarantına çevriləcək.

Azarkeşlik etdiyim komanda şimal qonşumuzdu. Qrupdan çıxacaqlarına şübhə eləmirəm. Bəxti də gətirib qrup sarıdan. Hər üçü oyunu qələbə ilə başa vura bilsə, növbəti oyunda istənilən komandanı məğlub edə biləcəklərinə inanıram.

Xoş istirahətlər. Baxın həyəcanlanın, zövq alın. Dondurma yemək yaddan çıxmasın. Pivə də içmək məsləhətdi.

Yazarın bütün yazıları

oxunma sayı: 1340 | Paylaş:




?>