')

Bu gün:


FutbolPress.Az | Gedənlər qayıtdılar... (Yeni)

Gedənlər qayıtdılar... (Yeni)


oxunma sayı: 1114 Paylaş:

FutbolPress
shikhibayramli@gmail.com

Uzun illərdi mətbuatı izləyirəm. Bəlkə də sizlər məndən də qabaq başlamısız. Elə xəbərlər var ki, nəyə görəsə ilişib qalır adamın yadında. Gəlin həmin xəbərlərdən danışım. Xəbərin araya-ərsəyə gətirilməsinin izahını verək.
Bir də görürdün təzə futbolçu adı peyda oldu. Hər kimdisə, Belarus, Moldova tipli yerlərdən səsi gəlir. Valideyn Azərbaycana zəng vuranda qohum-qardaşa xəbər salır ki, bizim uşaq burada futbol oynayır. Oğuz elində toy-bayramdı. Qohum-qardaşın içində bir canıyanan tapılır.

Axtarıb, gəzib, jurnalistlə əlaqə yarada bilir. Əl boyda məqalə yazılır. Ölkəmizin şərəfini layiqincə təmsil edən bəndə haqqında məlumat yayılır. Bir-iki həftədən sonra köşə yazarı baş məşqçidən onu yığmaya dəvət etməyi tələb edir. Belə. Həmin Belarus, Moldova tipli ölkədə yaşayan gənc isə vaxt tapanda əsas komandada futbol oynayacaq.

Bildiyiniz kimi qızı çox adam istəyər, ancaq birinə qismət olar. Deməli, futbolçu olmağı da çox adam istəyər, amma kimin gücü çatsa, o olar. Güc də ki bilirsiz də, Azərbaycanda fiziki məsələ deyil. Sözüm onda yox, belə əhvalatlardan hamı xəbərdardı. Bu xaricdə futbolçu olmaq məsələsi isə bir az qəliz məsələdi.

Üç-dörd gün öncə elə bu 'FutbolPress'dən oxudum, beş-altı nəfər uşağı 'Barselona'ya göndəriblər, hara göndəriblər yadımda qalmayıb.
Sizi inandırım, bəlkə də yüzlərlə uşağın belə sorağı çıxıb. Videosüjet çəkilib, yaddaşa həkk olunub. Hardadı bəs uşaqlar? Harda olacaqlar, Bakıda. Elə indicə dedim axı, gücü olmayan futbolçu ola bilmir. Əsas komandaya düşmək üçün istedad, qabiliyyət ikinci amildi. Özümdən uydurmuram. Lap yaxşı da bilirsiz ki, faktdı.

Bu xaricə gedənlər də düzgün seçilmir. Uzağı bir ay saxlayıb geri göndəriblər. Gedib arxivi qurdalasaq, 'Milan'ın bazasında olan futbolçunu indi 'Qaradağ-Lökbatan'ın heyətindən tapa bilərik. Bəlkə də indi heç futbolçu da deyil.

İlqar Qurbanovu, Vaqif Cavadovu hamınız tanıyırsız. Biri 'Fənərbağça'da görüb, biri də Moskva ÇSKA-sı. İndi də 'Qarabağ'da guya futbolçudular.

Bəh-bəh. Hardan hara gəliblər. Öz üzərində işləyən futbolçu 'Qarabağ'dan 'Fənərbağça'ya, ÇSKA-ya doğru getməli idi, ancaq bunlar Böyük İsgəndərin qohum-əqrəbasıdı.

Yazarın bütün yazıları

oxunma sayı: 1114 | Paylaş:




?>